
okaber - qocalmısan كلمات أغنية
(qara dərviş)
mən dəhşətə gəlmişəm, ondan tutulub dilim
sən ki, gənc qalmışdın yaddaşımda, 17 yaşında
mən qocalırdım, sən isə cavan idin xəyalımda
uzun telli, ağ bədənli, incə belli… (2)
soyuyub sən demə əllərin
sən demə qocalıbmışsan sən də..
şəhvətə gətirmir daha gözlərin
qocalmısan, gözəlim… (2)
qocalmısan…
(okaber vers.)
yaralardan axan qanı saxlamır məhrəba
çox zəhərlidi nə süd nə kəhrəba
boz səhrada şeytanı yəhərləmək
insanı zəhərləmək kimi idi sənsizlik…
tozlu akvarel, quaş, rembrandt
bir növ xrizantem, rododendron
xatirələrə qərənfillər əkərdin
hündürlükdən qorxmasaydın, çox çəkərdin
mənə deməmişdin, amma yaz bunu
sən əvvəllər “yaz yağmuru”
ölməyə tələsirdin, amma yubandın
sular bulandığı gün ürək də bulandı
sən axı bütün arzuları devirdin
sən axı tək yatmağı sevirdin
heç kəsə demirdin, dərin dərdlərini
gizlətdin, yatağı cırmaqlayan əllərini
qırmızı dodaq, qırmızı filtr, tüstülər…
bədən soyuqdan dona bilərmiş istidə
tənhalıq, depressiya, vahimə, soyuq tər
xatirələr, köhnə məktublar, bəd xəbər…
alkoqol, narkotik, lirika, preparatlar
radioda vals boston, qarışıq həyatlar
qarışıq saçlar, geyim, qarışıq işlərin
və pritona ayaq basan növbəti müştərin
süni gülüşlərin, qısa öpüşlərin
sənə pul qazandıran saatla görüşlərin
hər gün görürəm səni nə qədər alçalmısan
qırışıb əllərin sən demə qocalmısan!
(mən dəhşətə gəlmişəm…)
(qara dərviş)
mən dəhşətə gəlmişəm, ondan tutulub dilim
sən ki, gənc qalmışdın yaddaşımda, 17 yaşında
mən qocalırdım, sən isə cavan idin xəyalımda
uzun telli, ağ bədənli, incə belli…
soyuyub sən demə əllərin
sən demə qocalıbmışsan, sən də..
şəhvətə gətirmir daha gözlərin
qocalmısan, gözəlim… (3)
كلمات أغنية عشوائية
- defying control - my country كلمات أغنية
- direct hit - monster in the closet كلمات أغنية
- death taxes - whole damn thing كلمات أغنية
- attila - deuce-deuce كلمات أغنية
- digger - ducky's curse كلمات أغنية
- jeff black - hard way out كلمات أغنية
- david bazan - lost my shape كلمات أغنية
- dear landlord - three to the beach كلمات أغنية
- death is not glamorous - the sea speaks كلمات أغنية
- kapten rod - galenskap كلمات أغنية