kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

okaber - ikinci səhifə كلمات الأغنية

Loading...

[giriş]
ölümlə həyat arasında bir addım var, cəmi bir addım
azadlıqla qul olmaq arasında bir addım var
siz yazmadınız

[bənd 1]
azadlıqla qul olmaq arasında bir addım var
azadlıq yaratdılar, sonunda dağıtdılar
nə mənim qanadım var, qandalları qırım, uçum
təhlükə anında bir addım geriyə və hücum

bu sətirlər vücudum, həm yol, həm uçurum
bu sətirlər yaşayır, bağlansa da əlim, qolum
bu sətirlər qoruyur sevgini, olmasa da sevgi
bu sətirlər fəryad qoparanların həyəcan zəngi

başlıqsız sətirlərim, mənim obrazım çətin
yazılarımda tapılır izi qanlı cinayətin
həyatım kinayəsiz insanlar aləmində
varlıların cənnəti, kasıbların cəhənnəmində

hərənin öz ölümü var, hər ömrün qəbahətləri
elə günahlar var, sonsuz, yoxdur nəhayətləri
müxtəlif insanlar, müxtəlif düşüncələrlə
elə dözülməz yaralar var ağır dərəcələrlə
elə günlər yaşadım mən ki, nələr görmüşəm mən
elə darvazalar var ki, arxasında çürümüşəm mən
elə dost gördüm ki, dar günümdə kor, qulağı kar
elə həkimlər gördüm, bu gün xəstəliyimə səbəbkar

elə sevgilim olub ki, xəyanət ardınca xəyanət
indi məhəbbətdə xəyanət nədənsə olub adət
bu, hələ başlanğıc, hələ nə qədər fikirlər var
və onlar bilmirdilər ki, başlıqsız sətirlər var

[nəqərat]
başlıqsız sətirlər yazılanda hər dəfə
sətirlərim ölümlə həyat arasında məsafə
sətirlər müharibə, müharibə, müharibə!
əvvəl birinci səhifə, bu da ikinci səhifə

başlıqsız sətirlər yazılanda hər dəfə
sətirlərim ölümlə həyat arasında məsafə
sətirlər müharibə, müharibə, müharibə!
əvvəl birinci səhifə, bu da ikinci səhifə

[bənd 2]
elə rejim gördüm, despotizm, diktatura
elə həyat yaşayırıq, başdan ayağa karikatura
elə rüşvətxor gördüm, onu ancaq torpaq doydurar
çarəsi olsa, azərbaycan adını korrupsiya qoydurar
elə şərait var, adlanır müharibə şəraiti
amma əsgər hər ay itir və çoxalır fərarilik
elə evlər var, yetimxana, divarlarında həsrət
elə qızıl imarətlər var, hasarlarında lənət

bazarlarında millət, rüşvət qanuna salınır
elə şirin yuxularımız var, məsələn, qarabağ alınıb
elə vətənim var, müğənnilər əsgərdən çoxdur
barları və gecə klubları səngərdən çoxdur

elə günlər olub, bir az çörək tapmaq qəliz olub
mülkidə olmasa da, hərbidə 100 faiz olub
bu, hələ başlanğıc, açılmayan sirlər var
və onlar bilmirdilər ki, başlıqsız sətirlər var

[nəqərat]
başlıqsız sətirlər yazılanda hər dəfə
sətirlərim ölümlə həyat arasında məsafə
sətirlər müharibə, müharibə, müharibə
əvvəl birinci səhifə, bu da ikinci səhifə

başlıqsız sətirlər yazılanda hər dəfə
sətirlərim ölümlə həyat arasında məsafə
sətirlər müharibə, müharibə, müharibə
əvvəl birinci səhifə, bu da ikinci səhifə
[çıxış]
mən sizdən fərqliyəm, siz ölürsünüz
amma mən əbədi yaşayıram
çünki öz əsərlərində yaşayanlar ölmürlər
çünki öz əsərlərində yaşayanlar ölmürlər

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...