okaber - hər günah iz buraxır كلمات الأغنية
[bənd 1]
müalicə dispanseri dəniz kənarında yerləşir
körpə qışqırıqları, gülüşləri dalğalarla birləşir
dünən buraxılan səhvlər _ bu gün şiddətli fəsadlar
incə səsli fəryadlar, amma ən dəhşətlisi
ünsiyyətsiz məhk_m körpə gözləri
o, günəş görmək istəyir
həyat ona qaranlıq kölgə göstərir
ruhu təmiz, vücudu natəmiz, həkimlər aciz
qəzəblənir dəniz, niyə o günahsız gözlər çarəsiz?
niyə nizamsız ləkə, iz buraxıb dumanlı xatirə?
cəmi iki yaşı var, amma hər an dayanar zaman, saat
onun üçün həyat anasının buraxdığı səhvdə bitdi
əllər zərif, nəfəs xəfif, bədən zəif tərəfdə itdi
getdi, ruhu cənnət axtarışında tapacaq, əgər varsa
ölüm durarsa, onun zəif ürəyi bir daha vurarsa
deməli, insaf var, mərhəmət yerin tutar
heyif, qəddar olan rəftar nədənsə ürək unudar
[nəqərat]
hər günah iz buraxır
hər günah iz buraxır
hər günah iz buraxır
hər günah iz buraxır
[bənd 2]
qayıdaq üç il əvvələ: universitet həyatı, tələbələr
hər şey gözəl, sevinc dolu, uğurlar, qələbələr
zirvəyə mərtəbələr, amma bir qızın arzuları boş
qulağa xoş gəlməyən duyğuları boş, qorxuları boş
sözüm məğzi _ onun əxlaqsız həyat tərzi vulqar
hər gün bar, ‘’disco’’, klublar, gecələr bulvar
hətta narkotik, ‘’lsd, s_x’’, iyrənc öpüşlər
onun üçün yad olub sevgi, pak hisslər, gənc görüşlər
sərxoş gülüşlər, hər gecə yataqlarda ehtiras
özünə xas olan obrazda olmazdı həyata xilas
nə çox, nə az, düz 3 il, heç bir şey oldu toz
immun çatışmazlığı, spid, həkimin qoyduğu diaqnoz
həyat necə də boz, 9 aydan sonra daha da bozdur
doğulacaq körpəsi pozulmuş həyatı bir anda pozdu
və dünən buraxılan səhvlər bu gün ağır nəticə
körpə doğuldu, ona qayğı əvəzinə işgəncə
[nəqərat]
hər günah iz buraxır
hər günah iz buraxır
hər günah iz buraxır
hər günah iz buraxır
كلمات أغنية عشوائية
- regi - should have been there كلمات الأغنية
- danse - for us, bias كلمات الأغنية
- willboy - wir sind keine bots كلمات الأغنية
- the appreciation post - the not knowing كلمات الأغنية
- matilda - this is a room كلمات الأغنية
- jayson julger - sippy cup remix كلمات الأغنية
- p1k (pone1kenobi) - lovestruck derpy كلمات الأغنية
- chee malabar - wild geese كلمات الأغنية
- son ship - can't escape myself كلمات الأغنية
- cage9 - gallows كلمات الأغنية