kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

okaber - bu sadəcə həyatdır كلمات الأغنية

Loading...

[nəqərat]
eşitdim, inandım, gördüm, inanmadım
bu, sadəcə həyatdır, gedirik dayanmadan
əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən
səs çıxar tək əldən, hər şey asılıdır əməldən

eşitdim, inandım, gördüm, inanmadım
bu, sadəcə həyatdır, gedirik dayanmadan
əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən
səs çıxar tək əldən, hər şey asılıdır əməldən

[bənd 1]
əvvəl içərişəhər bizim idi, ser, indi sizin
yəni şəhər bizimdir, amma içərisi ingilisin
indi qəddafiyə çökdü, əvvəl səddamın iraqına
qorxuram, sonra girər bizim maşının da bakına

70 il çaşdıq, qaldıq, bizə niyə kommunist deyirlər
əvvəl müsəlman idik, indi terrorist deyirlər
özümüzü öyürük deyəndə ‘’рисовка” bəyənirik biz
əvvəl namaz qılırdıq, indi maska geyinirik biz

əvvəl inanmadıqlarımıza indi inandırırlar
əvvəl quran oxuyurdular, indi yandırırlar
əvvəl sələm götürürdük, indi kredit götürürük
özü də bankdan faizlə çeşid_çeşid götürürük
əvvəl bazarlıq eləyirdik, indi ‘’shopping’‘ eləyirik
əvvəl idman, indi çox vaxt ‘’doping” eləyirik
əvvəl adətlər var idi, indi toylar efirdə
yatar, durar, içər, vurar, hətta soyunar efirdə

[nəqərat]
eşitdim, inandım, gördüm, inanmadım
bu, sadəcə həyatdır, gedirik dayanmadan
əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən
səs çıxar tək əldən, hər şey asılıdır əməldən

eşitdim, inandım, gördüm, inanmadım
bu, sadəcə həyatdır, gedirik dayanmadan
əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən
səs çıxar tək əldən, hər şey asılıdır əməldən

[bənd 2]
əvvəl cavid məlikməmməd, coni oxuyurdu piter pen
indi aşot məlikməmməd, cavid oxuyur piter pen
sarı gəlini apardılar, biz ”блондинка’’ axtarırıq
ayka, nurka, narka, simka, cinka axtarırıq
əvvəlki adımız bəs idi, indi lazımdı ‘’cv’’

əvvəl “спокойной ночи малыши”, indi ‘’ren tv”
əvvəl kinoteatrda “anşlaq” gələndə təzə kino
indi kinoteatr, çayxana, hər gün çay, domino
əvvəl düz danışmalıydın, ,çünki düz yaşamalısan
indi düz yaşamaq üçün yalan danışmalısan
özü də gəldi_gəlmədi, yalan, adətən, danışırıq
insanın gözünün içinə baxıb bədahətən danışırıq
bu gün varsan, sabah yox, qərb bu fikrə yaxındır
əvvəl bin laden lazım idi, indi qələmi sındı
yaşadığımız kainat eyni zamanda qazamatdır
bin laden də anlamadı, bu, sadəcə həyatdır

[nəqərat]
eşitdim, inandım, gördüm, inanmadım
bu, sadəcə həyatdır, gedirik dayanmadan
əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən
səs çıxar tək əldən, hər şey asılıdır əməldən

eşitdim, inandım, gördüm, inanmadım
bu, sadəcə həyatdır, gedirik dayanmadan
əvvəla, baxıb əvvələ, əvvəlcə danış əvvəldən
səs çıxar tək əldən, hər şey asılıdır əməldən

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...