okaber - 8 mart كلمات الأغنية
[bənd 1]
baharın təravətini gətirən ruzgarın sərinliyi
amma o hələ uzaqlarda, hələ qışın gərginliyi
sevginin dərinliyi paranoya, düşünür qoca
onun sevgisi satdığı güllər kimi
vəfasız, adi, olduqca mənasız
solduqca ömrü azalan güllər qalır dünyasız
lakin qoca nikbin və budur 8 mart
incə yaranmışların həyatına bir damla sevinc gətirən vaxt
bu gün çox gül tapır əksini və utanır səbəbsiz
saatlar əqrəbsiz, qələmlər aciz qalır, mürəkkəbsiz
dağıdır fikirləri ətrafı bürüyən ətirləri
şəhərin küləkləri aparır uzaqlara
pak sevgini, yaşadır nağıllarda
danışır uşaqlara
yaşadır arzularda və şirin yuxularda
görüşənədək, əlvida
və sevgililəri sevindirən satdığı çiçəklər
bir döyünən ürəklər üçün yaranan təbii istəklər
sevinir qoca, ani olaraq qarşısında dayanan
cavan oğlanın sevincinə şərik olmaq üçün
gözlərdə təbəssüm yaradaraq, gülüş oyadaraq
oğlana təqdim etdiyi güllərdə tamam başqa bir maraq
tamam başqa bir müəmma
başqa bir təbiət, aləm, yer, göy
başqa bir səma
[bənd 2]
ruzgarın təravəti gətirir uzaqlardan baharı xatırladan ətirləri
lakin yağış isladır insanları günah kimi gizlədən çətirləri
məktublarda sətirləri dəfələrlə oxuyan
bu cavan oğlan görüşə tələsir
unudub varlığını, xəstəliyinin ağırlığını
düşünür: “axı bu gün o, görüşə gələsi
onu dünyalar qədər sevirəm, gözləməsin
bir saniyə belə qalmasın tənha
onun göz yaşlarında bataram günaha
o körpə kimi pak, kövrək, saf”
oğlanın özü təyin etdiyi görüş yeri
bozarmış ətraf, yazılmış lirik epiqraf və növbəti paraqraf
yolun astanasında dayanan qız olanlardan xəbərsizdir
onun gözləri adi, nə sevinc, nə kədərsizdir
“sevgim qədərsizdir” _ fikirləşib oğlan yaxınlaşır
həyəcandan əsir əlləri, içində ürək alışır
onun qeyri_adi davranışı, əlində bir dəstə gül
qızın marağına səbəb olur, bu ruhi xəstə
gülləri uzadır əllər, amma qız tanımır oğlanı
getdikcə sərtləşir, dəyişir, birdən ani olaraq
qəbul etmir hədiyyəni, çıxıb getmək istəyir
oğlan yalvaran gözlərində sanki şeytan bəsləyir
boş sözlər, qan dolmuş gözlər, baxışlar narazı
gülləri yerə atan əllər indi boğur qızı
öldürdü yenə sevgilisinə oxşatdığı insanı
yenə 8 mart və yenə növbəti qurban
qəzetlərdəki elan, hamıda qorxu hissləri
bu 13_cü qətl, bəlkə də, lənət izləyir
oğlan axtarırdı, sonunda, hər şey ortada
həyatını qumara qoymuş insan kimi uduzub kartda
və 8 martda yenə 13 il əvvələ qayıtdı
bir az ağladı, xatirələrini göz yaşlarına tanıtdı
“o qız mənim illər öncə itirdiyim sevgilim deyildi
bu, yenə o deyildi” _ oğlan öz_özünə deyindi
barmağını kəsib qanla divara yazdığı 2 rəqəm:
8 və 13, sanki lənət, cəhənnəm
كلمات أغنية عشوائية
- axé bahia - bateu levou (country) كلمات الأغنية
- the douglas brothers - the wilderness كلمات الأغنية
- jose guapo - last of the real كلمات الأغنية
- sociedade do samba - feito estrela كلمات الأغنية
- philthy rich - my zone كلمات الأغنية
- geraldo espíndola - não violência كلمات الأغنية
- michael sullivan - não diga adeus كلمات الأغنية
- nef the pharaoh - boss me كلمات الأغنية
- judson oliveira - amado da minha alma كلمات الأغنية
- hinos de cidades - hino de bituruna كلمات الأغنية