kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

nm qrupu - nə var, nə yox lyrics

Loading...

_salam, elnur. nə var, nə yox?
_sağlığın. sən necəsən?
_belə də. haradan gəlirsən?
_özüm də bilmirəm
_qanın niyə qaradı e?
_heç sənin də qanın qırmızı deyil
_mən heç, mən bəlaya düşmüşəm. de görüm, sənə nə olub?
_mənim də dərdim danışılası deyil, anar
_aa başqasını sevir?
__eh, sevsəydi dərd yarıydı. heç kəsi sevmir. nə məni, nə də başqasını
_nə bilirsən?
_özü belə deyir
_mənə bax özü çox şey deyir. bir də ki, abırlı qız sevdiyini boynuna almaz ki
_bəs mən yazıq haradan bilim? fal açdırım?
_eeh, sən də! fal niyə? öz_özün həssas ol da
_anar, bilirsən, deyir ki, inanmıram sənə
_əşi, deyir deyir də. elə elə ki, inansın
_yaxşı. fərhad kimi qaya çapım, yoxsa məcnun kimi çöllərə düşüm, nə məsləhət görürsən?
_…dayan bir az fikirləşim. görüm sənə nə məsləhət verim? sən onun gözlərinə bax, gözlər yalan danışmaz
_eh, onu şairlər uydurub
_elnur, sən də qəribə söz danışırsan e! şairlər də bizim kimi adamdır da. onlar da seviblər, seviliblər
_eh, mənim dərdim bütün yazıçılar ittifaqı yığışıb yazsa, qurtaran deyil. yazıçılar ittifaqı demişkən, nə oldu, cavab yazdı sənə?
_yox, zəng eləmişdi
_aha, nə deyir?
_səsi soyuq idi, buz kimi
_səsinin temperaturunu soruşmuram e, nə dediyini soruşuram
_əşi, salam_kalam eləmişdik ki, əlaqə saxladı
_bəs təkrar zəng eləmədin?
_elədim, telefonu bağlı idi
_hə, indi nə fikirləşirsən?
_ə, nə fikirləşəcəm ki? səsi sopsoyuq idi buz kimi
_hə, axır vaxtlar yerin atmosfer qatında ciddi proseslər gedir.bununla əlaqədar iqlim…
_dayan görüm e, sən də. atmosferin bura nə dəxli var?
_heç, elə_belə. sözdür də deyirəm. darıxma, hər şey yaxşı olacaq
_sən də darıxma
_nə var, nə yox?
_sağlığın
_ayrı nə var, nə yox?
_salamatçılıqdır

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...