kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

namiq qaraçuxurlu – fəhlə baba كلمات اغاني

Loading...

yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

bilməyirsən sənə hər yolda işıq qırmızıdır
vurulub bir qıza sandın onu bəxt ulduzudur
sənə verməzlər onu, çünki o, tacir qızıdır
onların nəyinə gərək zülfüqara fəhlə baba?

yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

atası verməyəcək alınsa da söhbətiniz
belə halda qoşulub qaçmaq olan niyyətiniz
balaca bir eviniz vardı, böyük külfətiniz
o səninlə qoşulub qaçsın hara, fəhlə baba?

yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

pul da saqqal deyil ki, hər dəfə çıxsın üzünə
belə getsə, bir ilə eynək taxarsan gözünə
sən hələ subaysan, baxa bilməyirsən özünə
evlənib canını salarsan azara, fəhlə baba

yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba
guya evlənənlərin işləri çox yaxşı gedir
işdə əmr eyləyirlər, evdə şikayət eşidir
bir ayın məvacibi bir həftəlik ərzaq edir
hünərin varsa əgər, çıx bazara, fəhlə baba!

yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

sev özüntək kasıbı, düşmə başqa sevdaya
sonra məcnun kimi üz tutmayasan səhraya
apara bilməyib heç kim o birisi dünyaya
əlinin çirkidir, boş şeydir para, fəhlə baba

yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

girirdi ali məktəbə, kimin var idi pulu
kasıbın balası isə ona baxırdı ağzısulu
yığdın öz sənədlərini çıxan kimi test üsulu
tələbə olmaq istədin bir ara, fəhlə baba

yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

girəndə instituta çox kasıb arzusuna çatır
qurtarır institutu, bazarda mer_meyvə satır
aldığı diplomu da evdə toz içində yatır
oxuyur, əziyyət çəkir bekara, fəhlə baba
yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

var adam çöldə yatır, gəl yenə təşvişsizdir
yox onun heç kimi, tənhadır, nəvazişsizdir
adicə fəhlə götürmürlər onu, işsizdir
ona bax, şükr elə pərvərdigara, fəhlə baba

yenə nolub sənə ay bəxtiqara fəhlə baba?
saçıağ, boynubüyük, qəlbiyara fəhlə baba

كلمات أغنية عشوائية

اهم الاغاني لهذا الاسبوع

Loading...