
nadir qafarzadə - sən olmuşam كلمات أغنية
[bənd 1]
sən coşqun dənizsən, yoxsa bir ada?
sən şirin nəğməsən, yoxsa bir səda?
odur ki, sirlərlə dolu dünyada
tək sənin sirrini bilən olmuşam
sənin gülüşünə dönən olmuşam
sevinən, gülən mən olmuşam
sirrini bilən mən olmuşam
mən olmuşam…
sevinən, gülən mən olmuşam
sirrini bilən mən olmuşam
mən olmuşam, ay yarım, mən olmuşam
[bənd 2]
qönçələr günəşə açılır deyə
günəş də bənzəyir nur piyaləyə
dağda şəlaləyə, düzdə laləyə
sənin baxışına baxan olmuşam
səmada ay kimi axan olmuşam
ay kimi axan mən olmuşam
yoluna baxan mən olmuşam
mən olmuşam…
ay kimi axan mən olmuşam
yoluna baxan mən olmuşam
mən olmuşam, ay gülüm, mən olmuşam
[bənd 3]
sən gedən yolların yolçusuyam mən
sən gəzən bağların ovçusuyam mən
sən baxan göylərin ulduzuyam mən
səninçün alışan, yanan olmuşam
alışan olmuşam, yanan olmuşam
oduna yanan mən olmuşam
özüm deyiləm, sən olmuşam
sən olmuşam…
səmada axan mən olmuşam
sirrini bilən mən olmuşam
mən olmuşam, mən olmuşam…
alışan, yanan mən olmuşam
özüm deyiləm mən, sən olmuşam
sən olmuşam…
alışan, yanan mən olmuşam, ey
özüm deyiləm, sən olmuşam
sən olmuşam, sən olmuşam…
كلمات أغنية عشوائية
- nchive - fireworks كلمات أغنية
- 'lil kubota - kubota pays the bills كلمات أغنية
- ms. hustle - ms. hustle's battle rap catalog كلمات أغنية
- للّا فضة - msh 3ayzak - مش عايزاك - lella fadda كلمات أغنية
- santa geração - momento de oração كلمات أغنية
- claudio villa - sifolina كلمات أغنية
- papamike brasil - assim falou papamike كلمات أغنية
- untamed - feeling sick كلمات أغنية
- ranipla & masonic lodge - bloons contract كلمات أغنية
- rhys prosser - tangerine كلمات أغنية