kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

nəzakət teymurova - nə olaydı كلمات الأغنية

Loading...

[bənd 1]
mən aşiq oyanınca
mən yanım o yanınca
mən aşiq oyanınca
mən yanım o yanınca

kəsim yastığın yanın, balam
yalvarım oyanınca
kəsim yastığın yanın, balam
yalvarım oyanınca

[nəqərat]
nə olaydı, yarım, nə olaydı?
nə olaydı, yarım, nə olaydı?

qapqara birçək olaydım
hamıya çirkin olsam da, balam
yarıma göyçək olaydım
hamıya çirkin olsam da, balam
yarıma göyçək olaydım

[bənd 2]
təbriz üstü miyana
gül sünbülə dayana
təbriz üstü miyana
gül sünbülə dayana
oxu, bülbülüm, oxu, balam
bəlkə yarım oyana
oxu, bülbülüm, oxu, balam
bəlkə yarım oyana

[nəqərat]
nə olaydı, yarım, nə olaydı?
nə olaydı, yarım, nə olaydı?

qapqara birçək olaydım
hamıya çirkin olsam da, balam
yarıma göyçək olaydım
hamıya çirkin olsam da, balam
yarıma göyçək olaydım

[bənd 3]
o can alan nə bilir, aşiqin pənahı nədir?
o can alan nə bilir, aşiqin pənahı nədir?
ona bu hüsnü verən qüdrəti_ilahı nədir?

səfasın…
səfasın özgə görür, mən bəlaların çəkirəm
mənim bu qana dönən könlümün günahı nədir?
ay aman, can, ay aman, ay aman, ey

gecə_gündüz edirəm ahu_nalə kuyində
soruşmayır…
soruşmayır, bu qədər bir fəqirin ahı nədir?
tarında, vahid, əgər…
ay aman, ay aman, ay…
tarında, vahid, əgər qurbanın məlahəti var
dayan indi bir görək, zülfünün “segah”ı nədir
ay, ay aman, can, ay aman, aman, ey…

[nəqərat]
nə olaydı, yarım, nə olaydı?
nə olaydı, yarım, nə olaydı?

qapqara birçək olaydım
hamıya çirkin olsam da, balam
yarıma göyçək olaydım
hamıya çirkin olsam da, balam
yarıma göyçək olaydım

hamıya çirkin olsam da, balam
yarıma göyçək olaydım
hamıya çirkin olsam da, balam
yarıma göyçək olaydım

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...