
miro [az] - insan deyil كلمات أغنية
[bənd 1]
bu səfərlik əfv etmişəm qəlbimdə mən
iki olmaz, aşiq qəlbim sərsəm deyil
qalan ömrün yalnızlığının dərdində mən
o soruşmaz, dostlar, onsuz ölsəm, deyin
bu firavan dünya sənsiz zindan mənə
susur eşqim, qəlbim: “nə olar, qalsın”,_deyir
deməsinlər heç bir kəlmə ondan mənə
o soruşmaz, onsuz alışıb_yansam, deyin
[nəqərat]
göz yaşları sənsiz qəlbin imdadıdır
o, buluddan sonsuz yağan leysan deyil
bu, günahsız yalnızların fəryadıdır
bunu unudan vicdansızdır, insan deyil
mən ömürdən verdim kəsib bir pay sənə
alıb hamısını getdin, ömrüm ehsan deyil
elə getmək üçün lazımmış bir hay sənə
qalaram tək, yalnız qalmaq nöqsan deyil
göz yaşları sənsiz qəlbin imdadıdır
o, buluddan sonsuz yağan leysan deyil
bu, günahsız yalnızların fəryadıdır
bunu unudan vicdansızdır, insan deyil
[bənd 2]
yıxılmışam sənsizliyin ardında mən
bu qaranlıq sən getdiyin yoldan deyil
yenə yalnız ulduzların altında mən
üşüyərkən sevgin qalın yorğan deyil
bu məhəbbət öldürdükcə ruhən məni
bu qiyamət qəlbimdəndir, tufan deyil
unudarkən bir gün qəfil qəlbən səni
biləcəksən, qəlbim sonsuz zindan deyil
[nəqərat]
göz yaşları sənsiz qəlbin imdadıdır
o, buluddan sonsuz yağan leysan deyil
bu, günahsız yalnızların fəryadıdır
bunu unudan vicdansızdır, insan deyil
mən ömürdən verdim kəsib bir pay sənə
alıb hamısını getdin, ömrüm ehsan deyil
elə getmək üçün lazımmış bir hay sənə
qalaram tək, yalnız qalmaq nöqsan deyil
göz yaşları sənsiz qəlbin imdadıdır
o, buluddan sonsuz yağan leysan deyil
bu, günahsız yalnızların fəryadıdır
bunu unudan vicdansızdır, insan deyil
mən ömürdən verdim kəsib bir pay sənə
alıb hamısını getdin, ömrüm ehsan deyil
elə getmək üçün lazımmış bir hay sənə
qalaram tək, yalnız qalmaq nöqsan deyil
كلمات أغنية عشوائية
- avi (pol) - alcantra كلمات أغنية
- elxi - where ink can’t go كلمات أغنية
- seventhirtyatmorning - abercrombie كلمات أغنية
- sevenq - не хочу дружить كلمات أغنية
- caro wow - ansia كلمات أغنية
- vương bình - có con đây mà (theme song from "mang mẹ đi bỏ") كلمات أغنية
- ninette - calmest wave كلمات أغنية
- osei - can’t eat كلمات أغنية
- iron sliver - egressus كلمات أغنية
- landspeedrecord! - let the exorcism begin كلمات أغنية