
miro [az] - düzünü de كلمات أغنية
[giriş]
bir qaranlıq içindəyəm
özüm də duymadan və bilmədən
həyat ağır, heyif, hüzn, kədər
boğaza qədər
bir az qəribəyəm
gözündə ölmüşəmmi, bilmədən
yorulmasan və gözləsən yetər
sabaha qədər
[bənd 1]
indi peşman qalıbdır qəlbim
niyə şeytan gözümdə insan görünüb?
sevməkmi təkcə dərdim?
bax uzaqdan həyatıma, leysan görünür
üzgün deyil ki qəlbin
axı timsah göz yaşlarıdır, yalan görünür
yalan görünür…
[nəqərat]
düzünü de
o, mənim qədər hiss edərək səni bir ömür sevmədimi?
o, mənim kimi gözlərinə baxıb dərdini bilmədimi?
o, yağışda çətir, ya soyuqda günəş dönüb olmadımı?
yerimi almadımı?
düzünü de
o, mənim kimi saçlarına toxunmağa belə qıymadımı?
ya sənin saf olan bütün hisslərinlə gülüb_oynadımı?
sənə qonaq gələn o yad ürəyin qapısını döymədimi?
məni görmədimi?
[keçid]
bir qaranlıq içindəyəm
özüm də duymadan və bilmədən
həyat ağır, heyif, hüzn, kədər
boğaza qədər
bir az qəribəyəm
gözündə ölmüşəmmi, bilmədən
yorulmasan və gözləsən, yetər
sabaha qədər
[bənd 2]
qəfil qapı döyüldü, birdən_birə oyanıb
səni yorğun görüb önümdə qaldım
‘’nə olub?’’ deyə bilmədim heç
mən donmuş yalan hisslərə qapılıb
deyəsən, qırılıb gəlmisən
bu məndən getdiyin kimi deyil
bir_iki sualım var sənə gəl
gir içəri və ört qapını
[nəqərat]
düzünü de
o, mənim qədər hiss edərək səni bir ömür sevmədimi?
o, mənim kimi gözlərinə baxıb dərdini bilmədimi?
o, yağışda çətir, ya soyuqda günəş dönüb olmadımı?
yerimi almadımı?
düzünü de
o, mənim kimi saçlarına toxunmağa belə qıymadımı?
ya sənin saf olan bütün hisslərinlə gülüb_oynadımı?
sənə qonaq gələn o yad ürəyin qapısını döymədimi?
məni görmədimi?
o, mənim qədər hiss edərək səni
o, mənim kimi gözlərinə baxıb
o, yağışda çətir, ya soyuqda günəş dönüb olmadımı?
düzünü de
toxunmağa belə qıymadımı?
ya sənin saf olan bütün hisslərinlə gülüb_oynadımı?
ürəyin qapısını döymədimi?
məni görmədimi?
كلمات أغنية عشوائية
- daddy long legs original off-broadway cast - my manhattan كلمات أغنية
- ramirez - mosh pit killa (baphomet) كلمات أغنية
- bruhmanegod - frog كلمات أغنية
- mike stud - can't say no كلمات أغنية
- andrea turk - young كلمات أغنية
- josé cruz - mercado de ángeles كلمات أغنية
- harry quintana - intro (holiday ep) كلمات أغنية
- kingchamp - tnm s1: headshots feat. lzk ( كلمات أغنية
- sqwoz bab - ебеня (yebenya) كلمات أغنية
- sanxer - i tried... i really did... but im back on my shit كلمات أغنية