
miro [az] - bilməzdim كلمات أغنية
[bənd 1]
baxıram, pəncərədə buxar
ümid edirəm, o da darıxar
məni yaradan, məni yaradan
tapım onu mən axı haradan?
oturub xəyalını qururam
qalıram, fikirlərdə donuram
başı bəladamı, başı bəladamı?
tapım onu mən axı haradan?
[keçid]
birdəfəlik, nə olar
yadına sal məni, o, mənə bəs edər
birdəfəlik, nə olar
bu gecə zəng elə, o, mənə bəs edər
birdəfəlik də olar
üzünü son dəfə görüm uzaqdan
necə darıxmadın bu qədər vaxta?
səni, inan mənə, bu qədər saxta
[nəqərat]
bilməzdim
bunu gözləməzdim ki səndən, ummazdım
bu qədər yara, bu qədər ağrıya dözməzdim
bilsəydim bütün yalanları, qalmazdım
yanında olmazdım, mən sənə görə ölməzdim
elə gedərdim, bir də sənə geri dönməzdim
bütün ruhumu, bütün ömrümü verməzdim
görüb öncədən bilsəm, inan ki, sevməzdim
səni belə bilməzdim
[bənd 2]
gizlədirəm gecəni mən gözlərimə
xəyallarım üzərimdə bulud olur
öz_özümə dəli kimi hirslənirəm
neçə dəfə deyim axı, unut onu?
o baxışın yara olub həyatıma
o yapışıb ürəyimə zəli kimi
axı mənim düşən zaman o yadıma
fırlanıram bu şəhəri dəli kimi
düşünürəm, onun əsl adı nədir?
axı qəlbim əlindədir
o, mənimlə birlikdədir
itirəndə onu tapmaq əlimdədir
izləməyə ərinmədim, buralarda bir yerdədir
o əslində bu sevgiyə layiq deyil
bax ürəyim yenə: “ona qayıt”, _ deyir
onun adı nədir? onun adı _ eşq
adımız bir_birinə aid deyil
[keçid]
yadına sal məni, o, mənə bəs edər
birdəfəlik, nə olar
bu gecə zəng elə, o, mənə bəs edər
birdəfəlik də olar
üzünü son dəfə görüm uzaqdan
necə darıxmadın bu qədər vaxta?
səni, inan mənə, bu qədər saxta
[nəqərat]
bilməzdim
bunu gözləməzdim ki səndən, ummazdım
bu qədər yara, bu qədər ağrıya dözməzdim
bilsəydim bütün yalanları, qalmazdım
yanında olmazdım, mən sənə görə ölməzdim
elə gedərdim, bir də sənə geri dönməzdim
bütün ruhumu, bütün ömrümü verməzdim
görüb öncədən bilsəm, inan ki, sevməzdim
səni belə bilməzdim
كلمات أغنية عشوائية
- sarcadelm - tukar takar كلمات أغنية
- hotel ugly - action figures fighting كلمات أغنية
- hugo wolf - müh'voll komm' ich und beladen كلمات أغنية
- lkm - lk كلمات أغنية
- fiction factory - (feels like) heaven (extended version) كلمات أغنية
- gottabagsteph - blocked كلمات أغنية
- loch vostok - the great escape كلمات أغنية
- shania twain - on three كلمات أغنية
- calinn - tequila on our 17th كلمات أغنية
- lil moe (swe) - para كلمات أغنية