
miri yusif - sənin üçün كلمات أغنية
[giriş]
günlərdir, gözlədim
gözlərimi çəkmədim telefondan
cavab gəlsin ondan
[bənd 1]
sənin acı dilin sanki ‘’chilli sauce’’
səni yuxuda gördüm, bunu xeyrə yoz
ürəyin yarımadasında, tam ortasında
səhralarda toz
sənli həyat göy qurşağıdır
sənsiz mənim həyatımın rəngi boz
beynimdə baş verər xaos
gəl eləmə fors
(make some noise)
[keçid]
səni həsr eləmişəm, səni diləmişəm
izlərinlə bir izlərim
yazılıb bu cümlələr, bu xoş sözlərim
sənin üçün
(bir də de)
[nəqərat]
külək olaram, mən əsərəm
sənin üçün
günəş olaram, mən saçaram
sənin üçün
günlərdir, gözlədim
gözlərimi çəkmədim telefondan
cavab gəlsin ondan
(bir də de)
yağış olaram, mən yağaram
sənin üçün
od olaram, mən yanaram
sənin üçün
günlərdir, gözlədim
gözlərimi çəkmədim telefondan
cavab gəlsin ondan
[bənd 2]
bax sevgimdə əminliyə
sənlə enmişəm dərinliyə
birgə sinə gərərik çətinliyə
eşq atəşi ilə qəlb sərinliyə
sənli bakını unutmaram
o, bizi unutmaz, ümidvaram
darasın saçlarını küləklər
sevgin sevgimə sevgi əklər
[keçid]
səni həsr eləmişəm, səni diləmişəm
izlərinlə bir izlərim
yazılıb bu cümlələr, bu xoş sözlərim
sənin üçün
(bir də de)
[nəqərat]
külək olaram, mən əsərəm
sənin üçün
günəş olaram, mən saçaram
sənin üçün
günlərdir, gözlədim
gözlərimi çəkmədim telefondan
cavab gəlsin ondan
(bir də de)
yağış olaram, mən yağaram
sənin üçün
od olaram, mən yanaram
sənin üçün
günlərdir, gözlədim
gözlərimi çəkmədim telefondan
cavab gəlsin ondan
[keçid]
‘’everybody says hay’’
‘’everybody says ho’’
bir də, bir də, bir də, bir də de
bir də, bir də, bir də, bir də de
[nəqərat]
külək olaram, mən əsərəm
sənin üçün
günəş olaram, mən saçaram
sənin üçün
günlərdir, gözlədim
gözlərimi çəkmədim telefondan
cavab gəlsin ondan
yağış olaram, mən yağaram
sənin üçün
od olaram, mən yanaram
sənin üçün
günlərdir, gözlədim
gözlərimi çəkmədim telefondan
cavab gəlsin ondan
كلمات أغنية عشوائية
- tři sestry - běž كلمات أغنية
- неон 0536 - сальса (salsa) كلمات أغنية
- cece winans - he's not on his knees yet كلمات أغنية
- chxpo - o.d كلمات أغنية
- a$ton matthews - 1 minute to pray كلمات أغنية
- gabinete caligari - el calor del amor en un bar كلمات أغنية
- kill the noise & snails - shake the ground (uzumaki x qoiet bootleg) كلمات أغنية
- carlito olivero - pass me the hookah (remix) كلمات أغنية
- vicente fernández - la tragedia del vaquero كلمات أغنية
- rohff - mon bled كلمات أغنية