
miri yusif - həyatı yaşa كلمات أغنية
həyatı yaşa lyrics
[bənd 1]
mən küləyəm, sən yağış
sənlə dolandıq səmanı qarış_qarış
bahara yayı caladıq, payıza qış
illər bizə tanış
mən susuram, sən danış
bəzən bir sözü əvəz edər bir baxış
mələk ol, iblisin əleyhinə yarış
qismətinlə barış
tufanda mən dənizəm, sən qayıq
dərd çəkib içsək də qalmışıq ayıq
fırtına bitənə kimi biz burdayıq
hələ yaxındayıq
[nəqərat]
anlamsız davam edir tamaşa
dost ola bilərik savaşa_savaşa
bizi bizdən başqa kimsə düşməz başa
həyatını yaşa
[bənd 2]
yada salaq o çağı
qəlbin oduyla yandırdıq bu ocağı
bürüdü saf hisslərin səsi, sorağı
yaxını, uzağı
gecələr ay işığı
sevginlə düşərdik göylərdən aşağı
sən dünyanın ən böyük dəcəl uşağı
ömrümün qonağı
tək sənsən bu günümün sabahı
keçmiş arzuların ümidi, pənahı
sən olmasan ürək kimi sevər axı?
etmə bu günahı
[nəqərat]
anlamsız davam edir tamaşa
dost ola bilərik savaşa_savaşa
bizi bizdən başqa kimsə düşməz başa
həyatını yaşa
كلمات أغنية عشوائية
- akino arai - idol talk كلمات أغنية
- nabster - night[$]. كلمات أغنية
- phen - 333 كلمات أغنية
- почему дэнди (why dandy) & eagle (dlm) - murciélago كلمات أغنية
- lil elfie - до встречи (see you) كلمات أغنية
- anna rusticano - vale la pena كلمات أغنية
- eté & los problems - la portera كلمات أغنية
- саша заскалета (sasha zaskaleta) - болото (swamp) كلمات أغنية
- poeta callejero - mi sombra كلمات أغنية
- louis la roche - dive كلمات أغنية