kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

mirbağır - mama كلمات الأغنية

Loading...

[chorus: mirbağır]
mama, məni yenə atdılar, mama
yenə beş qəpiyə satdılar, mama
gəmilərim sahilə yan almadan
dəryalarda batdılar, mama

mama, məni yenə qırdılar, mama
yenə kürəyimdən vurdular, mama
daşımağa yox gücüm
məni yamanca yordular, mama

[verse: mirbağır]
dedilər, döz, düzələcək
bi dənə yüz süz, düzələcək
hər şey sözsüz düzələcək
amma bu gün yox

dedilər döz sağalacaq
yenə də o bağ olacaq
kefin kök, zor, cağ olacaq
amma bu gün yox

bu gün ye, bu gün iç
bu gün de, sabah keç
yenə bax, yenə seç
amma lüzum yox, lüzum yox
hüzun yox içimdə, hüzun yox
gücüm yox, gücüm yox, gücüm yox
üz gülür, içim yox, içim yox, içim yox

mən əhli_dərdəm
gözümdə pərdə
ordan hərdən
baxıram dünyaya
atıram dəryaya, sirlərimi
düşürəm sevdaya
yenə də biriləri qıracaq qəlbimi
qalacaq yerləri
baxıram arxaya
görürəm geridədir
məni yolda qoyanlar

[chorus: mirbağır]
mama, məni yenə üzdülər, mama
bir az sevib, amma yenə bezdilər, mama
oynadıb oyuncaq kimi
sonra yerə atıb əzdilər, mama

mama, məni yenə atdılar, mama
yenə beş qəpiyə satdılar, mama
gəmilərim sahilə yan almadan
dəryalarda batdılar, mama
mama, məni yenə qırdılar, mama
kürəyimdən vurdular, mama
daşımağa yox gücüm
məni yamanca yordular, mama

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...