kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

meta x svfi ft. offsweet - hekayəm كلمات الأغنية

Loading...

verse 1:

uşaq evdə ac qalar gələr ah nailəsi
səfalətdən narahatdı onun ailəsi
yaşam bahalaşar,həyat ucuzlaşar
anası işdə özü evdə yoxdu axı onun gözəl dayəsi

dərsləri orta babat günlərinə qatar o
günləri mənasız bir birinə satar o
həftəsində,mədəsində gözlər yenilik
amma yaşam eyni gedər yenə makaron

onun yaşamı  ghetto life elə bil ki dib zona
bəzən ürəyi sıxılar bu həmən hiss olunar
universitetin baş;n buraxar məqsəd dəyişər
anlayar day_day yoxsa lazımsız diploma

anası süpürgəçi hər gün onun həyatı risk
soyuqdan xəstələnib və hələdə yatır pis
vurnuşar çarpışar pul qazansın evinə
həyatı bir film amma tərsinə atır disk

verse 2:

mən də dərsə gedib gələn bir uşaq idim
xəyalım xeyli var idi, dərdlər çox uzaq idi
dostlar çox da yox idi, dostdan qarın tox idi
sonacan qalan yox idi, unudub gedən çox idi
dostlar gəlib getdi bir neçə günlük
bilmirəm biz necə güldük
güldüm bir neçə günlük
soram da gəncliyə döndük
elə bil dirildik öldük
gedib bir cənnəti gördük
kəsdik çörək də böldük
soram da divarlar hördük
gördük xeyri yoxdu, dünya hələ fırlanır
davam edir şou hələ, zaman heçnə fırlamır
bizdə fırlanırıq belə, fırlanırıq ölənəcən
günəş yeri dönənəcən, gün işığı sönənəcən

ey! duyursanmı?! günəş yerə xitab edir
pıçıldayır cümlə_cümlə, daha sonra kitab edir
və deyir ki, tabedir o da rəbbə! yaradana!
yaşayırıq yaradana yazıb_yazıb yaradaraq!

skit:
bu mənim hekayəm
mənim yaşayış tərzim
o qədər yara var
tikə bilməz dərzi
gələr mənə təzyiq
bu mahnıda təsdiq
bu mahnıda təsdiq

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...