manaf ağayev - olmalıdı ata başda كلمات الأغنية
[bənd 1]
könlüm ata nəsihəti istəyir
könlüm ata nəsihəti istəyir
dillərinə qurban olum, ay dədə
istəyirəm səhvim üstə döy məni
istəyirəm səhvim üstə döy məni
əllərinə qurban olum, ay dədə
ata ölsə oğul gültək solarmış
ata ölsə oğul gültək solarmış
qız ağlayıb saçlarını yolarmış
hər məclisdə, hər bir işdə olmalıdı ata başda
hər məqamda, hər gərdişdə olmamaq üçün xəta başda
olmalıdı ata başda
canımızda candır ata, damarlarda qandır ata
səhər üzlü dandır ata
salam verər o da başda, olmalıdır ata başda
sərvər, atalıq çox çətin
itirmək olmaz zəhmətin
ata adlı şəxsiyyətin
hamı tutar adın başda
[nəqərat]
olmalıdır ata başda
olmalıdır ata başda
[bənd 2]
ata ölsə oğul gültək solarmış
qız ağlayıb saçlarını yolarmış
ataya da ata lazım olarmış
torpağına qurban olum, dədə
şiş ağ qaya asimana əl açıb
şiş ağ qaya asimana əl açıb
qara qaya səndən ayrı dil açıb
qapımız_bacamız çiçək açıb, gül açıb
güllərinə qurban olum, dədə
kaş ki, məni səhvim üstə döyərdin
əllərinə qurban olum, ay ata
döyməsən də danlayardın, söyərdin
dillərinə qurban olum, ay ata
məndim sənə gündə bir şey aldıran
gecə_gündüz dağa_daşa saldıran
bir gün məni başı üstə qaldıran
əllərinə qurban olum, ay ata
mən bəhmənəm, sən yurdunda bil məni
dara çəkir həftə məni, il məni
səndən ayrı ovundurur el məni
ellərinə qurban olum, dədə
atana hörmət eylə, oğul ay oğul
ey mənim qanadım, ey mənim qolum, ey mənim qolum
ata evin gur işığı
allah vaxtsız söndürməsin
ana yarı_yaraşığı
ismətindən endirməsin
ata evin qibləsidir
ana varlıq, var səsidir
həm də övlad həvəsidir
övlad acı dindirməsin
ata ruzi hərəkəti
ana bini_bərəkəti
zəki islam bu sərvəti
hicran ata mindirməsin
atana hörmət eylə, oğul ay oğul
ey mənim qanadım, ey mənim qolum, ey mənim qolum
zəhmin eyləmə, bala, qurbanın olum
zəhmin eyləmə, bala, qurbanın olum
yaxşı adətimə sən adət eylə, oğul ay oğul
ey mənim qanadım, ey mənim qolum, ey
dağ dağa söykənər, insan insana
onlara da arxa duran oğuldur
gözün aydın, doğru demiş babalar
zəbur, dövlət, incil, quran oğuldur
bahar təbiətli, dağlar vüqarlı
payız bərəkətli, çölləri barlı
istər yoxsul olsun, istərsə varlı
yaradan, yaşadan, quran oğuldur
ananam, atanam, gəl tut yerini
ananam, atanam, gəl tut yerini
qoy nəsillərim bilsin diləklərimi
oğlum, mən sənə dediklərimi
oğlum, mən sənə dediklərimi
sən öz övladına nəsihət eylə
hər tərəfin gül_çiçəyə bələnmiş
toy_düyün, elim var mənim
solu dövlətgahdı, sağı füzuli
kölgələrdə büllur gölüm var mənim
ər günəşə söykənib vətənim, ey
atadır imanım, dinim
kimsəsiz ağlayan füzulim var mənim, bala elim var mənim
o sarı qayadan yeddi təpə
yaylağı dövran, şah tərəfdən
dostuna pünhan vermə qara köpəkdən
bala, qarabağım var mənim
bir gör çıxarmadın nə hoqqa, dünya
nə haqqlıya baxır, nə haqqa dünya
haqqı yaman verir nahaqqa dünya
deyəsən, dünyadan küsəcəyəm mən
ay manaf, düşmən var, tutmağa yaxası yoxdur
gün batıb, çoxunun yuxusu yoxdur
köhnə kişilərin qorxusu yoxdur
deyəsən, dünyadan küsəcəyəm mən
sözü düz deyəyənə yer hələ azdır
yalmanmaq bilənin işləri sazdır
ondan inciyən də məmməd arazdır
deyəsən, dünyadan küsəcəyəm mən
əziziyəm, dolan gəz
əziziyəm, dolan gəz
dolan bağı, ay ordubadlılar
dolan gəz
qürbətdə xan olunca
gedib öz vətənində firən gəz
əziziyəm, ayə dəyər
qaşların min ayə dəyər
il var ki, bir günə dəyməz
bizim bu ordubaddakı toyumuz
min ayə dəyər
yeri, yeri qurbanın olum
aşiqin, heyranın olum
gözəllikdə birdənəsən
ay pəri, qurbanın olum
gəl bəri, qurbanın olum
كلمات أغنية عشوائية
- one dimensional man - only mistakes كلمات الأغنية
- one for the team - deconstruction site كلمات الأغنية
- one dollar short - we are not science كلمات الأغنية
- one eskimo - all balloons كلمات الأغنية
- one fine day - this dying day كلمات الأغنية
- one buck short - that day كلمات الأغنية
- one dimensional man - fool world كلمات الأغنية
- one for the team - a better job كلمات الأغنية
- one dollar short - taste of romance كلمات الأغنية
- one eskimo - chosen one كلمات الأغنية