madteen - boş ver كلمات الأغنية
bir həyatımız var, onun yarsın yedik, içdik
çaqqallara yemdik, israfçılıq etdik
sonra kimə get, kimə qal, kimi sil, kimə qaç
gələnə_gedənə bir şey özümüzdən verdik
xərclədik, bitirdik, sonra kimə get, kimə qal, kimi sil, kimə qaç
özümə qarşı ədalətsiz oyunçu olmuşam
sevmişəm, icazə vermişəm talasınlar
bu oyunda özümdədir əsas günah
hərkəsi özüm kimi bilmək və qəbullanmaq
hər zaman ətrafıma qala olmuşam
sevmişəmsə, yaşıl olub onun üçün işıqlar
yıxılana kürək, tutan əl olmuşam
güclənəndə iz itirmək üçün rəqib oldular
hər yıxılanda dizlər qanamaz
özü yıxılan heç vaxt ağlamaz
bu oyunda özümdədir əsas günah
hərkəsi özün kimi tanıyıb bilmək olmaz
istəsək, istəməsək də
bəzi məqamları söyləməsək yaxşıdır
fikrimiz hara, özümüz ora bəzən
xərclənən həyatı düşünməsək yaxşıdır
ruhumuz hara, özümüz ora bəzən
həyatımız kinli olmaq üçün qısadır
fikrimiz hara, özümüz ora bəzən
xərclədik, əşi, boş versən yaxşıdır
çünki
bir həyatımız var, onun yarsın yedik, içdik
çaqqallara yemdik, israfçılıq etdik
sonra kimə get, kimə qal, kimi sil, kimə qaç
gələnə_gedənə bir şey özümüzdən verdik
xərclədik, bitirdik, sonra kimə get, kimə qal, kimi sil, kimə qaç
yaşadıqca tənha qalmaq qorxusu gəlir
ötənləri qaytarmaq olmur ki, düzəldək səhvi
zamanı dondurmaq və tapmaq öz doğma yerin
qum saatı kimi ömrümüz gedir, yarsını bitirdik
yaş artdıqca boş verdiyim zamana heyfim gəlir
mənlə çiyin_çiyinə gələnlərə məndən salam deyin
zamanı dondurmaq və tapmaq öz doğma yerin
bu həyatda hərşey ötəridir, qədrini bilin
çünki
bir həyatımız var, onun yarsın yedik, içdik
çaqqallara yemdik, israfçılıq etdik
sonra kimə get, kimə qal, kimi sil, kimə qaç
gələnə_gedənə bir şey özümüzdən verdik
xərclədik, bitirdik, sonra kimə get, kimə qal, kimi sil, kimə qaç
كلمات أغنية عشوائية
- langston bristol - dolla n' a dream كلمات الأغنية
- kian ogo - a single spore كلمات الأغنية
- john derek - a tate ka ngar toh - အတိတ်ကငါတို့ كلمات الأغنية
- yung keeta - saint laurent كلمات الأغنية
- nateman - parehas tayo كلمات الأغنية
- los campesinos! - drop it doe eyes (demo) كلمات الأغنية
- jwles & mad rey - bernard lagat (mad reyedit) كلمات الأغنية
- 4u - shine كلمات الأغنية
- bl music - nothing at all كلمات الأغنية
- xhz official - shush shush kiss me كلمات الأغنية