kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

leyla qurbanova - kəndçi balası كلمات أغنية

Loading...

salam, ala, kəndçi balası, kənddə inəklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?

düşünmə, şəhərlilər kəndçi görüb danlayacaq
kimlər ki, lox axtarır, səni onlar yanlayacaq
səhər xoruz əvəzinə xlorsatan banlayacaq
görəcəksən, şəhərdə naxış_bəzəklər necədir
salam, ala, kəndçi balası, kənddə inəklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?

ağlın getməsin sənin kəndçi qohum_qardaşına
gələndə “закон” qoymusan öz həyat yoldaşına
haqlısan, gəlməmisən, gözlərin çıxıb başına
yol qırağında duran huri mələklər necədir?
salam, ala, kəndçi balası, kənddə inəklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?

deyirsən, var cavan qızlar, oxşayırlar nənənə
dediyinə diqqət elə, yazığın gəlsin çənənə
kişisən, söz atmısan, qoşa təpik dəyər sinənə
tərsinə dövr eləyən çərxi_fələklər necədir?
salam, ala, kəndçi balası, kənddə inəklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?
yaşama, gəl qorxular ilə, həm təlaşlar ilə
keçəcək ömür_günün dava, həm dalaşlar ilə
səni görənlər olub çox mavi qaqaşlar ilə
dodağı “краска”lı enlikürəklər necədir?
salam, ala, kəndçi balası, kənddə inəklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?

görəndə gözəlləri hüsnü_cəmalın uçdu
elə bildin, küləkdir, arzu_xəyalın uçdu
dəyişdi rəngin, ruhun, əqli_kəmalın uçdu
gecənin bir aləmində kəpənəklər necədir?
salam, ala, kəndçi balası, kənddə inəklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?

gəl tövbə eyləginən, bir də çıxma daha səfərə
qaldın cəmi bir həftə, batdın qüssə, qəm_kədərə
niyə kəndi tulladın, ay bala, gəldin şəhərə?
barmağın batdı bala, söylə, pətəklər necədir?
salam, ala, kəndçi balası, kənddə inəklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?
salam, ala, kəndçi balası, kənddə inəklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?
gəldin, gördün şəhəri, əsən küləklər necədir?

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...