l-mir - bəlkə كلمات أغنية
[bənd 1]
həyat bir dövrdən o birinə salır keçid (həri)
çalış, evdəkilərlə bir az çox vaxt keçir
eşit, bir söz ki adama pis toxunur, vicdan oxunur
sevdim insanların azını, tanısam da çoxunu
yaşadım eyni şeyi təkrar, dedim: “bu, nəqəratdır”
çəngəl çox şeyin üstündən çəkir xətti (həri)
axır ki, bu dəfə zənciri qıra bildim birdəfəlik
dediyimi tutmayan bu yeri bir də təkrar dinləməli
lazımsız şeylərdən buraxmışam yapışan əlimi
beynimdə hər məsələ dərhal tapdı öz həllini
indi eyni üsulu bəzi insanlara edirəm tətbiq
biz sənlə nə vaxt sonuncu dəfə səmimi idik?
yəqin, çoxumuzu ayıq saxlayan da bu gün odur
ayıra bilirsən, bu, real söhbətdir, bu, kinodur
bilmək olmur, növbəti yük düşəcək hansımızın çiyinə
ola bilsin, bu, sonuncu dəfədir yığışırıq belənçiynə
[nəqərat]
bəlkə, sıxasan əlimi bərk_bərk
deyirlər, istəyirsən, arzun olsun gerçək, get tək
“do what you gotta do cuzzo and never look back”
biz də sənə baxıb sevinək, deyək qəşəng
bəlkə, sıxasan əlimi bərk_bərk
deyirlər, istəyirsən, arzun olsun gerçək, get tək
“do what you gotta do cuzzo and never look back”
biz də sənə baxıb sevinək, deyək qəşəng
[bənd 2]
ayırma balığı sudan, şairi qələmdən
mən əlləri qızıl usta olardım, gəlsəydi əlimdən
adam gördüm, sənəti yoxdur, amma par parıldayır
adam gördüm, qızıl taxmır, amma qızıl xırdalayır
kimsə də bütün günü lülə qurudur, nəsə qurumur
maraqlanır, görəsən, necədir amerikada durumum
“relax”, milyonlar hələ qazanmıram, amma hər halda
sevdiyim filmlərə rahat baxa bilirəm orijinalda
mən sözləri mirvari kimi seçib düzürəm ard_arda
hər dəfə real həyatdan nəsə var orada (var orada)
çünki mənim üçün rep heç vaxt olmayıb tramplin (yox)
üsul denən, deyim, hə, həyat tərzi nə bilim
mən daha çox tsoy kimi görürəm özümü, qarda yaralı
qışım o qədər soyuq olmasa da, hava tez qaralır (aha)
çözə bilmədiyimi saxlayıram, səhərə qalar
qabağa getmək üçün, inan, başqa şəhərlər də var
[nəqərat]
bəlkə, sıxasan əlimi bərk_bərk
dеyirlər, istəyirsən, arzun olsun gerçək, get tək
“do what you gotta do cuzzo and nevеr look back”
biz də sənə baxıb sevinək, deyək qəşəng
bəlkə, sıxasan əlimi bərk_bərk
deyirlər, istəyirsən, arzun olsun gerçək, get tək
“do what you gotta do cuzzo and never look back”
biz də sənə baxıb sevinək, deyək qəşəng
كلمات أغنية عشوائية
- the histrionics - void كلمات أغنية
- vivian leva - last of my kind كلمات أغنية
- no te va gustar - la rama كلمات أغنية
- softheart - made a song w/ "play in ethereal tuning" كلمات أغنية
- dj quick - la recette كلمات أغنية
- adriana figueroa - lifelight (from "super smash bros. ultimate") كلمات أغنية
- wladmarcel - tua falta كلمات أغنية
- van morrison - no good deed goes unpunished كلمات أغنية
- tsumyoki - polish كلمات أغنية
- fawcette - lee king كلمات أغنية