kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

jaman [az] - axtardım səni كلمات الأغنية

Loading...

[nəqərat]
mən səninlə nəfəs aldım
bax unut, demə, çox asandır
gecələri düşdüm küçələrə
dəli kimi axtardım səni

məni sevirsən, elə sandım
səninəm demə, çox amandır
hər yalanına inandım
ona görə tək qaldım yəni
[giriş]
axı nə qədər yalvarım?!
elə gözlərim axtarır səni
gedişin mənim bəsim
qalmışam əsir
yoxdur bir kəsim
ay, ay, ay
ay, ay, ay

[bənd 1]
onu_bunu bilmirəm, ən pis günündə yanında olanın tək mən idim
nə qədər desən də yolun uzaqdır, mənə gəlmə deyirdin, mən gəlirdim
biz bir idik, axı biz bilirdik ki, səni mənə, məni sənə çox görən var
indilərdə belə ayrı qalsaq da, qəlb evində səni gözləyən var

kirlənmiş arzular yudum, hər dəfə sərdim gözündən sənin
o gözlərindən düşən məni kimlər sildi ki, könlündən sənin?
sən demə, tələsirdin sən də heç sevməmisənmiş kimi
istədim ki, bir dünyamız olsun, səndə mənlə tək sakini

[nəqərat]
mən səninlə nəfəs aldım
bax unut, demə, çox asandır
gecələri düşdüm küçələrə
dəli kimi axtardım səni
məni sevirsən, elə sandım
səninəm demə, çox amandır
hər yalanına inandım
ona görə tək qaldım yəni

[bənd 2]
sən tək sakini ola bilmədin mənim qurduğum bu dünyada
eşqin közdən ovuca düşsə əgər, mən bilirəm, yenə yanaram
yardım əlini uzatsan belə, mənə yenə gecələri tək qalaram
yaradan yaratmışsa bizim ikimizi tək bir arada, ya

ya_yanmadı bizim üçün o evin işıqları sən gedəni, bil, hər gecə
öldüm səssiz gecələri, sinəmdə var güllə yarası bir neçə
əlimdə gül var tək ləçək və mən qapında solduq gizlicə
sənin isə bundan olmadı xəbərin aldandım axı mən necə

[nəqərat]
mən səninlə nəfəs aldım
bax unut, demə, çox asandır
gecələri düşdüm küçələrə
dəli kimi axtardım səni

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...