
ifrat dünyamalıyev - yenə sən كلمات أغنية
[ bənd 1 : ifrat dunyamaliyev ]
getmə dur, sözümü bitirim
son duamı dilə gətirim:
mən özüm kimisin itirim
sən özün kimisin sevəsən
[ bənd 1 : eltun əsgər ]
dəliyəm, dəlidən dəliyəm
daha kədərlə sevgiliyəm
mən yaşayan bir ölüyəm
məni boş ver, sən necəsən?!
[ nəqarət 1 : ifrat dunyamaliyev, eltun əsgər ]
yenə sən, yenə hər dəfə sən
yenə yol verdin səhvə sən!
bizi eşq iki yerə böldü
çölə mən düşdüm, evə sən
yenə sən, yenə hər dəfə sən
yenə yol verdin səhvə sən!
bizi eşq iki yerə böldü
çölə mən düşdüm, evə sən
[ bənd 2 : ifrat dunyamaliyev]
rəssam kimi min fikirəm
kor gözümdən yaş tökürəm
nəfsimin rəsmin çəkirəm
sən onun üçün çərçivəsən
[ bənd 2 : eltun əsgər ]
bir təsəllisi illərinin
ola övladın, ən şirinin
adımı daşıyan birinin
hər gün əllərini öpəsən
[ nəqarət 1 : ifrat dunyamaliyev, eltun əsgər ]
yenə sən, yenə hər dəfə sən
yenə yol verdin səhvə sən!
bizi eşq iki yerə böldü
çölə mən düşdüm, evə sən
yenə sən, yenə hər dəfə sən
yenə yol verdin səhvə sən!
bizi eşq iki yerə böldü
çölə mən düşdüm, evə sən
كلمات أغنية عشوائية
- ub40 - nothing without you (dub) كلمات أغنية
- janice - picture كلمات أغنية
- iron br11 - buju كلمات أغنية
- laurie lewis - love chooses you كلمات أغنية
- lake - jamaica high كلمات أغنية
- polo gutta - thug love كلمات أغنية
- priests - king of kings كلمات أغنية
- sergelbeast - broken كلمات أغنية
- noaa.h (rap) - nowhere كلمات أغنية
- symphonia - angel of night كلمات أغنية