
ifrat dünyamalıyev - buz biri lyrics
[ bənd 1 ]
dağ deyib güvəndiyin insan kiridi
etdin əlindən gələni, dağ əridi
getməyin ən doğru qərar oldu sənin
sıra ayağından gələni etmək idi
xəyanətdən üşüdü ən əvvəl bədənim
soyudum ardınca, düşündüm dirənim
bir az sonra başladım hiss etməməyə
içimdəki adam donaraq öldü mənim
[ nəqarət 1 ]
sən yanaqları gülən zaman batan adam
mən o boşluğa cavanlığın atan adam
sən uzun_uzun küsəndə kin tutan adam
mənsə səndən inciyəndə tərs yatan adam
ey dəyər verib yanıldığım ucuz biri
eşq itirməyiylə bağlı qorxusuz biri
sən rahatca tərk edən o qəlbi buz biri
mənsə gözləyən yol hər ayın otuz biri
[ bənd 2 ]
sıxıram hər gün daşa dönmüş ürəyi
çoxdur onun səhvi, ümidsiz diləyi
ən böyük xəta sənə aşiqliyidir
ən böyük israf da zaman xərcləməyi
gözlərim hələ görmür ki yıxılmışam
qəbul etmək istəmir ki yanılmışam
bir vaxt ölərdim düşünmədən öl desən
yaxşı ki deməmisən indi ayılmışam
[ nəqarət 2 ]
sən yanaqları gülən zaman batan adam
mən o boşluğa cavanlığın atan adam
sən uzun_uzun küsəndə kin tutan adam
mənsə səndən inciyəndə tərs yatan adam
ey dəyər verib yanıldığım ucuz biri
eşq itirməyiylə bağlı qorxusuz biri
sən rahatca tərk edən o qəlbi buz biri
mənsə gözləyən yol hər ayın otuz biri
كلمات أغنية عشوائية
- midnight oil - back on the borderline (live at the old lion, adelaide 1982) lyrics
- zerøisnothing - devil! lyrics
- pins & dimeh - mauvais lyrics
- beloved enemy - psycho girl lyrics
- ikd-sj - 70 lyrics
- æries - waves lyrics
- shaif khalifa - it's a jokes lyrics
- a boogie wit da hoodie - regular lyrics
- syahiba saufa - cintaku (feat. farhan) lyrics
- 2hollis & sighsare - reach out lyrics