hüseyn dərya - sevmirəm كلمات الأغنية
[intro}
sevmirəm (x3)
(yox, yox, yox sevmirəm)
sevmirəm
sevmirəm, sevmirəm səni
sevmirəm
sevmirəm, sən də sevmə məni, sevmirəm
sevmirəm, yox artıq gümanın, sevmirəm
sevmirəm, daha demə ceyranım, sevmirəm
sevmirəm artıq
sevmirəm, sevmirəm
[1. verse]
(ah) sevgim bir zaman
nə biləydim olacaqmış yalan
ağ … oldu qəm-kədər
bəlkə də səbr etməliyəm bir qədər
düzdür, sevdik, sevəcəyik
sevən ürəyimdən yox oldun artıq
qəlbimdə bitən bir gül kimi
əsdi küləklər, soldun artıq
mən sənə qəbimi – heç kimə verdim
qoruya bilmədin sən verdiklərimi
çalışma, gəl məni inandırmağa
onsuz da görmüşəm gördüklərimi
hər dərd məni belə ağlada bilməz
sən məni ağlada bilərsən ancaq
gözlərin bir zaman aldada bilməz
sən məni aldada bilərsən ancaq
[hook]
yandırdı sənin nazım məni, sevmirəm, get…
get, get, yoxdur qəlbimdə sənə məhəbbət
çıx get, çıx get, unutdum, səni sevmirəm, get…
get, get, oyanıb qəlbimdə sənə nifrət
[1. verse, davamı]
baxardı nifrətlə doyunca sənə
yaşla dolmasaydı əgər gözlərim
hətta desələr də, inanmaz idim
şahid olmasa idi əgər gözlərim
bəlkə də, gördüklərim yalan bir yuxu
artıq gec olsa da, anladım bunu
nə edək, bu imiş bizə qismət axı
ayrılıq imiş sevgimizin sonu
[nəqarat]
sevmirəm, sevmirəm səni, sevmirəm
(yox oldu arzularım)
sevmirəm, sən də sevmə məni, sevmirəm
(tükəndi səbri-qərarım)
sevmirəm, yox artıq gümanım, sevmirəm (off)
sevmirəm, daha demə ceyranım, sevmirəm
sevmirəm artıq
sevmirəm, sevmirəm
2. verse
bəxti-taleyin vardır oyunu
amma bu oyunun var bir qanunu
nə qədər həyat yolu olsa da çətin
vardır sonu hər bir əziyyətin
deməli (aha) yalanmış bu sevda
olsa da sənin bu aləm, bu dünya
olsan da gözüm, ya da bəbəyim
səni heç zaman əfv etməz ürəyim
çıx get, bivəfasan, yox ol gözümdən
məni sevməyin də yalanmış demək
səndən yox, inciyirəm özüm-özümdən
sənə mən əzəldən inanmazdım gərək
deməli çəkməm bir daha həsrət
yoxdur qəlbimdə sənə məhəbbət
məhəbbətin odu artıq sönmüş, inan
sənə olan sevgim ölmüş, inan
[hook]
yandırdı sənin nazım məni, sevmirəm, get…
get, get, yoxdur qəlbimdə sənə məhəbbət
çıx get, çıx get, unutdum, səni sevmirəm, get…
get, get, oyanıb qəlbimdə sənə nifrət
[2.verse, davamı]
bu eşq, bu sevgi, bu məhəbbət
əbədi heç kəsə qalmaz əlbət
bu həyat nədir – yaşıl yarpaq
amma ki, sonu olur qara torpaq
demə ki, bu yolda oldun inamsız
bilməzdim səni, bilməzdim belə
sən özün oldun mənə vəfasız
bəlkə də yalanların qabaqdaymış hələ
[nəqarat]
sevmirəm, sevmirəm səni, sevmirəm
yox oldu arzularım
sevmirəm, sən də sevmə məni, sevmirəm
tükəndi səbri-qərarım
sevmirəm, yox artıq gümanım, sevmirəm
sevmirəm, daha demə ceyranım, sevmirəm
(sevmirəm artıq)
sevmirəm, sevmirəm
(yox, yox sevmirəm)
كلمات أغنية عشوائية
- merci, mercy - the very very end كلمات الأغنية
- stephen the levite & dj official - carnivores كلمات الأغنية
- la rata bluesera - allá en el sur كلمات الأغنية
- aisyah - craving كلمات الأغنية
- paulo henrique - seu jardim كلمات الأغنية
- nico chris - estado emocional كلمات الأغنية
- kaleem taylor - distant love كلمات الأغنية
- en?gma - flowontheroad كلمات الأغنية
- bird bone - замок из подушек (zamok iz podushek) كلمات الأغنية
- vandoorea - freeman you fool! (acoustic version) كلمات الأغنية