
haray - həyat dəftərim كلمات أغنية
[chorus]
bu mənim həyat dəftərim, mənim dəftərim
bu mənim həyat dəftərim, mənim dəftərim
içi dolu həqiqətlərlə mənim dəftərim
qorxuram, mən yanam, mən yanam
[verse 1]
tanış olun, bu mənim həyat dəftərim
içində olan mənasız sözlər, mənasız sətirlər
mənasız qəbul etdiyiniz mənasız dəqiqələr
mənim üçün adı deyil, bu əsil həqiqətlər
yaşadığım bir dəqiqə, yaşadığım hər bir an
mübarizə aparıram qazanmaq üçün ad, san
hörmət, namus, qeyrət
olmaq istəmirəm bəziləri kimi biqeyrət
bu mənəm! qorxmuram heç kəsdən
yalnız allahdan qorxub inanıram ona bərkdən
verməsin bizlərə əzab, zülüm, dərd
allahdan istədiyim yalnız ruzi, bərəkət
həyat davam edir, qurtarmaq bilmir hələ
qiymət verilmir qoca insana, qabar ələ
bu necə yaşamaqdır, dost dosta qurur tələ
dünyanın axırı çox maraqlıdır, getsə belə
[chorus]
bu mənim həyat dəftərim, mənim dəftərim
bu mənim həyat dəftərim, mənim dəftərim
içi dolu həqiqətlərlə mənim dəftərim
qorxuram, mən yanam, mən yanam
bu mənim həyat dəftərim, mənim dəftərim
bu mənim həyat dəftərim, mənim dəftərim
içi dolu həqiqətlərlə mənim dəftərim
qorxuram, mən yanam, mən yanam
[verse 2]
bu mənim həyatımdır, bu mənim həyat dəftərim
ömrüm, günüm keçdikcə həyatım olur dərin
əsəb vurur beynimə, bilmirəm mən neynəyim
kor deyiləm, görürəm hər şeyi, yox eynəyim
bilmirəm, zaman yoxsa məni amansızca böyüdür
bilmirəm, zaman yoxsa məni həyat çürüdür
bilmirəm çox şeyi, yalnız bircə şeydən başqa
həyatımı yaxşılıqla qurum, vurum mən başa
neyləyək, budur alnıma yazılanlar
pis, yaxşı, özəl keçən o anlar
unutmaq olarmı həmən o dəqiqələri?
rəngarəngdir mənim həyat dəftərimin vərəqləri
istəyim, arzum reallaşır, çox az qalıb
unutmuram mən keçmişi, hərdən keçmişə dalıb
yaşadığım xoşbəxt həyatıma bir göz salıb
belə düşünürəm, yaşamağa hələ çox şey qalıb
bu gün mən burdayam, fikrim anamın yanında
onun çəkdiklərini unutmaram, qalıb yadımda
o dövr edir daima qan dövranında
ona qurbandır mənim ürəyim, qanım, canımda
hər bir valideyn dünyalar qədər sevir körpəsin
necə ki tanrı sevir yaratdığı bəndəsin
valideyn əziyyəti illər keçdikcə verir bəhrəsin
bizi xəlq edib, tərk edirlər həyat səhnəsin
[pre_chorus]
bu da sonuncu səhifə, bəsdir, daha bağla
bir də mən öləndən sonra aç və vərəqlə
[chorus]
bu mənim həyat dəftərim, mənim dəftərim
bu mənim həyat dəftərim, mənim dəftərim
içi dolu həqiqətlərlə mənim dəftərim
qorxuram, mən yanam, mən yanam
[final chorus]
bu mənim həyat dəftərim, mənim dəftərim
bu mənim həyat dəftərim, mənim dəftərim
içi dolu həqiqətlərlə mənim dəftərim
qorxuram, mən yanam, mən yanam
(ay allah, ay allah)
[outro]
bu mənim həyat dəftərimin vərəqləridir
onlar qısaldıqca mənim ömrüm də
o vərəqlər tək qısalır və
bu dünyadan birdəfəlik gedirəm
كلمات أغنية عشوائية
- hardened hatred - пламя (flame) كلمات أغنية
- simplejosh - carnival كلمات أغنية
- killjae - cryin ona floor كلمات أغنية
- ну пж) (well pls)) - лицо (face) كلمات أغنية
- mobileflow - endless dreams كلمات أغنية
- f.charm - eyo كلمات أغنية
- sekani. (ng) - versatility كلمات أغنية
- cavalheiro onze - laura, ainda há amor كلمات أغنية
- migas - delaj otsos كلمات أغنية
- fairytalekid - down2ride + audi truck كلمات أغنية