h.o.s.t. alliance - ölmüş ümidlər كلمات الأغنية
[bənd 1: qaraqan]
parçalandı qəlbimin sınıq divarları
göz yaşımla qızdırırdım soyuq məzarları
son intizarları səbrimin, aşar hasarları
ölmüş ümidlər qəbristanlığının açarları
nəzərləri, azarları, arzular uzaq
qırıldı qələmi, yandı kağızı dəli yazarların
dərin əsərləri sevgimin edildi ixtisar
qəlbimin bağlanır yalan gülüş bazarları
qəzəlləri yazmışam mən, özümü alova atmışam mən
yatmışam mən, iztirab dənizlərində batmışam mən
tənha uzanan ayağım altda keçmişin xəzəlləri
göz yaşlarım doldurar neçə xəzərləri
aşiqanə repçinin eybəcər gözəlləri
sona çatar, daşıdı kürəyi əbədi bəd nəzərləri
qatarları əridi, yox oldu dəmir yollarında
qırmızı bulaqlar axanda qollarımda
[nəqərat: qaraqan]
mən ağlamağa gəlmişəm (qəlbimin içində)
ölülərin gözünü bağlamağa gəlmişəm (onsuz da görmürlər)
insanlardan qurtaraq, məhv olan insanlığı
qəlbim ölmüş ümidlər (ürəklər) qəbiristanlığı
(ağlayan da insan, ağladan da insan)
[bənd 2: dərviş]
yağış, gecə, buludlu hava və mən burdayam (harada?)
ölmüş ümidlər qəbiristanlığındayam (niyə?)
bilmirəm, bəlkə mən də kiminsə ümidiydim, öldüm (niyə?)
bilmirəm, bəlkə qiyamət qopdu, mən də bura döndüm
heç nə anlamayan gözlərimlə baxdım ətrafa (nə etdin?)
heç nə, dəli kimi başladım qışqırmağa (nə?)
dirilin, ölülər! dirilin, etibarsız ümidlər! (nə etdilər?)
nə qədər qışqırsam da, səs çıxmadı, lal kimiydilər
gəzdim məzarlığı, yerimi, qəbrimi axtardım
üzərində adları olan başdaşlarına rastladım (nə yazılmışdı?)
xoşbəxt olmaq… sevmək… hər istədiyinə yetmək…
nə üçün yaşadığımızı başa düşmək, dərk etmək… (sonra?)
insanı yaşayan vaxtda qiymətləndirə bilmək…
of… sıxıldım gördüklərimdən, bezdim və dayandım
qəbrimi tapdım, uzandım yerimə, yumdum gözümü
və oxumağa başladım:
(mən… nə?)
[nəqərat: qaraqan]
mən ağlamağa gəlmişəm (qəlbimin içində)
ölülərin gözünü bağlamağa gəlmişəm (onsuz da görmürlər)
insanlardan qurtaraq, məhv olan insanlığı
qəlbim ölmüş ümidlər (ürəklər) qəbiristanlığı
(ağlayan da insan, ağladan da insan)
[skit]
sən yetimçiliyin nə olduğunu bilmirsən
əgər seyid, ya mən, bir_birimizi istəyiriksə
heç bir şey o sevgimizi azalda bilməz
[bənd 3: aid]
sevgi hekayəsi deyil, qəm nağılıdır yazdığım
güllər üçün bir dərə deyil, qəbirdir qazdığım
azdığım nifrətlə dolu bir gülüş dəryasıdır
ümidlərimi sıraladığım yer ümidsizlik dünyasıdır
ölülərin siyahısıdır evimə gələn dəvətnamələr
peyda olan çarələr, hər tərəfdən zərbələr
endirirdi nəğmələr, od saçırdı güllələr
qəbirlərdə çiçəklər, azalmışdı səbəblər
düzgünlük axtarırdı üç yüz görmüş qara qarğa
sonsuz ömür yalan imiş, bildi, qaldı bağıra_bağıra
yolunu axara satdı, getdi, qulaqlarda qəmli repdir
sətirlərdə ölü ümiddir, gözündə yaş qalan aid_dir
həyatımdan əsər yazdım, yaşardı səhifələr
doldu gözlərim, qaraldı səhərlər
ölülər məzarını gizlədi, başdaşlarını əzizlədi
hər an sonunu gözlədi, pessimizm bizdədir
[nəqərat: qaraqan]
mən ağlamağa gəlmişəm (qəlbimin içində)
ölülərin gözünü bağlamağa gəlmişəm (onsuz da görmürlər)
insanlardan qurtaraq, məhv olan insanlığı
qəlbim ölmüş ümidlər (ürəklər) qəbiristanlığı
(ağlayan da insan, ağladan da insan)
mən ağlamağa gəlmişəm (qəlbimin içində)
ölülərin gözünü bağlamağa gəlmişəm (onsuz da görmürlər)
insanlardan qurtaraq, məhv olan insanlığı
qəlbim ölmüş ümidlər (ürəklər) qəbiristanlığı
(ağlayan da insan, ağladan da insan)
كلمات أغنية عشوائية
- exetra beatz - legende (remix) كلمات الأغنية
- steve howe - between your smiles كلمات الأغنية
- métricas frías - platos rotos كلمات الأغنية
- ian skelly - captain caveman كلمات الأغنية
- lucio dalla & francesco de gregori - tutta la vita كلمات الأغنية
- sumika - 絶叫セレナーデ (zekkyoserenade) كلمات الأغنية
- la mente - nasa vs mente كلمات الأغنية
- wesley willis - courtney love كلمات الأغنية
- jackie deshannon - your baby is a lady كلمات الأغنية
- twenty seven - strand كلمات الأغنية