kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

h.o.s.t. alliance - 3 sual كلمات أغنية

Loading...

[nəqərat]
kimə nə etdin, əziyyət verdin
zülmü yaydın, şirkə qovuşdun
sorarlar səndən 3 sual, ay yetim
haçan, harada və necə etdin?

[bənd 1]
bil bunu, bil bunu
təkcə bir bəlası var insanların
dərdini çəkərlər o şeyə ki
yoxdur, qarınları toxdur
var_dövlətləri buğda qədər
zəmanə ötər yenə, arzuları çoxdur

arzu bir quyudur, onu doldurmaq olmaz
ehtiyac dəniz kimidir, günəş onu qurutmaz
açılmaz qəlblərimiz, çox dumanlı
varlıdan kasıbıq, kasıblardan varlı

ağlayanlar kimi ağlayırıq doğulanda
nəinki öləndə, rəhmətə gedəndə
ana bətnində anlayırıq o zaman
dünyaya doğurlar bizdən sormadan

[nəqərat]
kimə nə etdin, əziyyət verdin
zülmü yaydın, şirkə qovuşdun
sorarlar səndən 3 sual, ay yetim
haçan, harada və necə etdin?
kimə nə etdin, əziyyət verdin
zülmü yaydın, şirkə qovuşdun
sorarlar səndən 3 sual, ay yetim
haçan, harada və necə etdin?

[bənd 2]
“wow!” savablarım damarımı kəsir
“huu!” günahlarımın küləyi əsir
hər gün imanım nəfsi ilə döyüşür
hər bir cavabım sualla toqquşur

nə çox əziyyət çəkdi boynum günah daşıyaraq
tövbə, tövbə dalınca, qəlbim qalıb ağlayaraq
nə çox dırnağım qırıldı mərməri qaşıyaraq
səcdə, səcdə dalında, alnım yeri axtararaq

hər gün sanki qara qəhvə
soyuq içdin, yol verdin səhvə
eyni dillə qılınır qeybətlə namaz
cəmiyyətdə yaranan axirətdə yaramaz

[nəqərat]
kimə nə etdin, əziyyət verdin
zülmü yaydın, şirkə qovuşdun
sorarlar səndən 3 sual, ay yetim
haçan, harada və necə etdin?
kimə nə etdin, əziyyət verdin
zülmü yaydın, şirkə qovuşdun
sorarlar səndən 3 sual, ay yetim
haçan, harada və necə etdin?

[bənd 3]
çox istəyirəm, yenə hər şeyi təmiz vərəqdən başlayım
daha möhkəm bünövrə qurum, gedim, şeytanı daşlayım
bu dəfə çalışaram, yol verməyim heç bir səhvə
amma yaddaşdan silinmir cırılmış heç bir səhifə

sınmış qablar, qəlblərə düşən qəlpələr
get, səni dostların gözləyir, bir də fahişələr
indi sən də verdiyin vədləri çıxart yadından
bilirəm ki, doymusan bu həyatın kəm_şirin dadından

mən “zombie”, mən “monster”
mən, bəlkə, çörəyi həmişə diz üstə olan “toaster”
“poster”, cırılmış afişa keçmiş konsertdən qalan
mən doğmalarımın həyatında olan ən şirin yalan

öz keçmişim ancaq öz ürəyimi sancır bıçaq kimi
və mən yenə təklikdə ağlayıram balaca uşaq kimi
görəsən, qar bütünmü insanların könlünü alır?
bu həyatda hələ çox şey sual altında qalır
[bənd 4]
gizlənərək arxasında notların və sözlərin
nə qədər görülməməli şey görübdür mənim gözlərim
biz izlədik ki, iz qoyanlar iz qoyubdur, bəlkə, düz
amma unuduldu bir həqiqət: olmur tülkü düz

bizəmi qalıb olmaq şarlatanlar arası saf_dürüst?
poz bu qaydaları, sufi, meyxanədə, saqi, süz
and üçün yararsızdır məndə artıq hər iki üz
qəlb sularım çox genişdir, vaxt var ikən hələ ki üz

[bənd 5]
mənim payızım qaldı yayla qış arasında
mənim sözlərim indi iki “verse” arasında
döz arasında bu qədər dərdlərin
mənim həyatım çoxuna bağlı pərdələrdir

çox qəribədir, hamı ətrafımıza toplanır
uğur artdıqca yeni qohumlarımız yaranır
sadalanır, hallanır adımız hər mövzuda
“üç sual” repində sözlərim uyğun deyil mövzuya

bilmirəm, mən mələyəm, mən insanam, ya şeytan
“repodrom”da siz ponilərsiz, biz mustanq
belədir bu oyun: hərə öz qaydasını qoyur
mikrofon həkimdir, ürək paltarını soyun

bilmirəm, mən demirəm
mən bir də buralara gəlməyəcəm
mən qorxmuram, ver bütün suallarını
onsuz da cavab tapmayacam
mən qaçmayacam zərbələrdən
hər dəyəndə bərkiyərəm
dinləyərəm məsləhət
amma nə edirəm, özüm bilərəm
öz atımı özüm minərəm
xaç olsun bu, ya minarə, mən bilərəm
bəsdir, qarışdın, südabə, dilarə
hərənin öz günahlarına öz savabı var
öz üç sualına öz cavabı var

[nəqərat]
kimə nə etdin, əziyyət verdin
zülmü yaydın, şirkə qovuşdun
sorarlar səndən 3 sual, ay yetim
haçan, harada və necə etdin?

kimə nə etdin, əziyyət verdin
zülmü yaydın, şirkə qovuşdun
sorarlar səndən 3 sual, ay yetim
haçan, harada və necə etdin?

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...