
gülyanaq məmmədova - kərəmi zərb muğamı كلمات أغنية
[bənd 1]
deyirəm, ey, sənə qurban olum, a dərdli kərəm
sənə qurban olum, a dərdli kərəm
ürəyim dərd_qubar, gözlərim vərəm
dəryalar mürəkkəb, meşələr qələm
mirzələr yazdıqca dərdim var mənim
dərdim var mənim…
[bənd 2]
mən kərəməm, mən kərəməm
ah çəkərəm, ağlaram
dərdlilərin, ey, ürəyini dağlaram
kimə gedib, kimə umut bağlaram?
qərib qaldım, qərib qaldım
güldürən yox, gülən yox
gülən yox…
[bənd 3]
deyir belə: “yazıq ömrüm qürbət eldə keçibdir
dərdimi bir bildirən yox, bilən yox
getdi fürsət, əldə ikən qaçıbdır
göz yaşımı sildirən yox, silən yox
silən yox…”
[bənd 4]
deyirəm, ay ağalar, uzaq yoldan gəlirəm
baş üstündə qadir allah, bilirəm
gecdir, tezdir, bu dərdimdən ölürəm
qiyamətdə yansam, yenə dözərəm
dözərəm…
aylar, illər həsrətini çəkərdim
üzü dönmüş bivəfa yar, belə bax
gözəllərdə sərxoş gəzmək man olmaz
açılmış bir gümüş kəmər, belə bax
belə bax…
[bənd 5]
deyir, belə dərin_dərin dəryalara dalmışam
ay aman, ay aman, ay aman…
dərin_dərin dəryalara dalmışam
saralıban gül rəngimdən solmuşam
mən əsliyəm, mən əsliyəm
öz elimdə qalmışam
arzum idi, öz elimdə qalaydım
qalaydım…
[bənd 6]
mən kərəməm, həsrət qaldım bu dünyada xoş günə
fələk bir ox atdı ömrüm köksünə…
adım bəlli, xan əslinin eşqinə
yolduruban durnalar tökün tellərin…
tellərin…
kərəm, sənin əqli_huşun olsaydı
öz yerində sultan idin, xan idin
uymasaydın özgələrin felinə
gəncə gözəllərindən birin alaydın
alaydın…
[bənd 7]
uca dağ başını qar aldı, getdi
tərlanın məskənin sar aldı, getdi, ey…
hər kim ki yar sevdi, yar aldı, getdi
mənimki də qara gəldi
belə bax, belə bax, belə bax
[bənd 8]
axşam oldu, qarlı dağlar aşaram
sellər kimi çağlayaram, coşaram
gecə_gündüz qəmli nəğmə qoşaram
oyan, kərəm, bu eşqimdən nişan al
oyan, kərəm, bu eşqindən bişərəm
[bənd 9]
mən çəkərəm xan əslinin nazını
qış eylərəm baharımı, yazımı
qəm üstündə kökləmişəm sazımı
qəmli sazım çaldıran yox, çalan yox
çalan yox… çalan yox…
belə mən çəkərəm xan əslinin nazını
qış eylərəm baharımı, yazımı
qəm üstündə kökləmişəm sazımı
qəm üstündə kökləmişəm sazımı
qəmli sazım, qəmli sazım çaldıran yox, çalan yox
çalan yox…
كلمات أغنية عشوائية
- cellars - computer simulation كلمات أغنية
- 黃玠 - 你 كلمات أغنية
- koszo - mass effect كلمات أغنية
- the miska - lupakan kamu كلمات أغنية
- heritage singers - tears are a language كلمات أغنية
- endang s taurina - kau puasi كلمات أغنية
- mazzi tak - black diamonds كلمات أغنية
- nick jonas - don't make me choose كلمات أغنية
- fiance - solitaire كلمات أغنية
- norlie & kkv - bara som luft كلمات أغنية