f'rhyme - hər çiynin öz istifadə müddəti var كلمات الأغنية
[“hər çiynin öz istifadə müddəti var” üçün mahnı sözləri]
[nəqərat]
narazı olduğundan xeyli razısan
baby, yazıqsan sənə demiyiblərmi
hər çiynin öz yük daşıma müddəti var?
hər çiynin öz yük daşıma müddəti var?
narazı olduğundan xeyli razısan
baby, yazıqsan sənə demiyiblərmi
hər çiynin öz yük daşıma müddəti var?
hər çiynin öz yük daşıma müddəti var?
[bənd 1]
bir az nəfəsi dər, əbəs illər və fəsillər əvəzində
partlamağa hazır bir civəsən
“əzilmək necə hissdir?” soruşsam, yəqin incimərsən
özünü rədd et, ya sev
solmuş oboy, köhnə videomaqnitofon
qutularla p_rno kaset
əlində resept, dərmanlar desert, tabutun rezerv
həyatı tez etməlisən reset
buranın günəşi özünü yandırıb, ulduzlar parlamır
əldə qalan puzzle heç nəyi tamamlamır, tam anlamırsan
çox davamlı bir hal alıb
bu, göydələnlər daxilində öyrənilmiş çarəsizlik
böyüdüm buranın havasın udub
indisə, elə bil içimdəki skeytir qaqaşı kamaz vurub
güc ver inadla, üç ver, bir al
tanrıyla sövdələşmə daxilində öyrənilmiş çarəsizlik
ətrafda insan əti yeyən veqanlar bərkiyib gövdən metaldan
hardaydı səhvin, get, axtar tap, görmək isdəmədiyin detallardasan
taraz dayanmaz, əgər o başın heç hallanmasa
bivec adamlarla dolu bu şəhərə uyğunam
bir qurğuya bənzərik
orqanik bədənlərdə mexanik duyğularla
hər nədənsə hər nəfəsdə ət qəfəslər daxilində öyrənilmiş çarəsizlik
[nəqərat]
narazı olduğundan xeyli razısan
baby, yazıqsan sənə demiyiblərmi
hər çiynin öz yük daşıma müddəti var?
hər çiynin öz yük daşıma müddəti var?
narazı olduğundan xeyli razısan
baby, yazıqsan sənə demiyiblərmi
hər çiynin öz yük daşıma müddəti var?
hər çiynin öz yük daşıma müddəti var?
كلمات أغنية عشوائية
- bigger boot - a song for the lake by the curb of the world كلمات الأغنية
- kryaga - кис-кис (kitty-kitty) كلمات الأغنية
- propain - we the best كلمات الأغنية
- gionnyscandal - fammi uno squillo كلمات الأغنية
- hexy_lee - по любви (for love) كلمات الأغنية
- ciompi - cerchi di dire كلمات الأغنية
- doctor j global, tg global - notorious كلمات الأغنية
- eevil stöö - joulu, joulu (feat. tono slono, koksukoo & eevil stöö) كلمات الأغنية
- yung lixo - bike (og version) كلمات الأغنية
- mackenzie carpenter - jesus, i'm jealous (acoustic) كلمات الأغنية