
flora kərimova - qar kimi qayıt كلمات أغنية
[bənd 1]
qar kimi ağ gəldim, ləkəsiz gəldim
səssizcə yağmışdım yollarına mən
mən sənin ömrünə “bəlkə” siz gəldim
yığıldın güc kimi qollarıma sən
[nəqərat]
həsrətin qəlbimdə dinir tar kimi
nəğmələr dənizdir, vüsalın qayıq
sən də, ay sevgilim, getdin qar kimi
qayıtsan, qar kimi ləkəsiz qayıt
həsrətin qəlbimdə dinir tar kimi
nəğmələr dənizdir, vüsalın qayıq
sən də, ay sevgilim, getdin qar kimi
qayıtsan, qar kimi ləkəsiz qayıt
[bənd 2]
indi xatirənlə yanacağam mən
gülsən, gülüşünə bürünəcəyəm
qar kimi ovcuna yağacağam mən
qar kimi ovcunda əriyəcəyəm
[nəqərat]
həsrətin qəlbimdə dinir tar kimi
nəğmələr dənizdir, vüsalın qayıq
sən də, ay sevgilim, getdin qar kimi
qayıtsan, qar kimi ləkəsiz qayıt
həsrətin qəlbimdə dindi tar kimi
nəğmələr dənizdir, vüsalın qayıq
sən də, ay sevgilim, getdin qar kimi
qayıtsan, qar kimi ləkəsiz qayıt
كلمات أغنية عشوائية
- the armed - an ode to no one كلمات أغنية
- chada i pih - mów prawdę كلمات أغنية
- allen mikal - sun & moon كلمات أغنية
- embody - lost & found كلمات أغنية
- phyllotaxis - all the love in the world كلمات أغنية
- ce$ - rockstar كلمات أغنية
- andrea pula - -10 kg di mole كلمات أغنية
- prosto label - złe wychowanie كلمات أغنية
- innovator, incredivle, superbee - og (be original) كلمات أغنية
- volk - od jutra do mraka كلمات أغنية