
flora kərimova - bilə bilmirəm كلمات أغنية
Loading...
[bənd 1]
sənli günlərimlə sənsiz günlərim
de, hansı çoxdur, bilə bilmirəm?
gör neçə vaxtdır ki ayrıyıq sənlə
danışa bilmirəm, gülə bilmirəm
ötən günlərimiz həsrət nəğməsi
şirin xatirələr dəniz ləpəsi
həsrəti qəlbimdən silə bilmirəm
[nəqərat]
söylə bu nə, söylə bu nə sirr idi?
bilə bilmirəm, bilə bilmirəm
bilə bilmirəm
[bənd 2]
mən səni gözlərəm səndən uzaqda
sənin bal həsrətin qəlbdə, dodaqda
səni görə_görə doğma torpaqda
yanına bəs niyə gələ bilmirəm?
ötən günlərimiz həsrət nəğməsi
şirin xatirələr dəniz ləpəsi
həsrəti qəlbimdən silə bilmirəm
[nəqərat]
söylə bu nə, söylə bu nə sirr idi?
bilə bilmirəm, bilə bilmirəm
bilə bilmirəm
söylə bu nə, söylə bu nə sirr idi?
bilə bilmirəm, bilə bilmirəm
bilə bilmirəm
كلمات أغنية عشوائية
- chajson_traphouse - kolejny banger كلمات أغنية
- pocah - depois da quarentena كلمات أغنية
- indi star - lulla bye bye كلمات أغنية
- ritesh nanda, toshant kumar & anushree tripathi - tere sang كلمات أغنية
- ian thomas - top of the world كلمات أغنية
- wyp (philippines) - dnr كلمات أغنية
- nle choppa - no hook كلمات أغنية
- los desconocidos de siempre - entra, seas bienvenido a casa كلمات أغنية
- robert "røb" lopez - overnight كلمات أغنية
- under aiki - bleed كلمات أغنية