kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

fidan hacıyeva - sevimli qadın كلمات أغنية

Loading...

[bənd 1]
hərdən gözə batan şüalarımı
yayın günəşinə oxşadan olub
içimdə bir uşaq yaşayır sanki
ruhumu hər yaşda oxşayan olub

hərdən mənə yazın özü deyiblər
hisslərin gül_çiçək açan vaxtında
ulduzlar ayağım altda sərilib
sevgi qanadında uçan vaxtımda

[nəqərat]
dünən yaz idimsə, bu gün payızam
sabah qış olacaq, yəqin ki, dadım
bütün fəsillər də əynimdə olsa
mənim bir adım var _ sevimli qadın

dünən yaz idimsə, bu gün payızam
sabah qış olacaq, yəqin ki, dadım
bütün fəsillər də əynimdə olsa
mənim bir adım var _ sevimli qadın

[bənd 2]
hərdən mənə payız deyən də olub
duyğumda hər rəngdə yarpağım da var
saçlarım bəyazla dolsa da belə
ürəkdə eşq adlı otağım da var
hərdən süzə bilib soyuq baxışla
deyənlər də olub mənə ki, qışam
yanaqlarım solğun olsa da belə
ürəkdə sevginin yurdu olmuşam

[nəqərat]
dünən yaz idimsə, bu gün payızam
sabah qış olacaq, yəqin ki, dadım
bütün fəsillər də əynimdə olsa
mənim bir adım var _ sevimli qadın

dünən yaz idimsə, bu gün payızam
sabah qış olacaq, yəqin ki, dadım
bütün fəsillər də əynimdə olsa
mənim bir adım var _ sevimli qadın

[çıxış]
mənim bir adım var _ sevimli qadın

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...