kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

fanfare ciocarlia - alili كلمات الأغنية

Loading...

vurduqca nəbzim, döyündükcə qəlbim
sənin gözlərini təsvir edir qələmim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi
qırıldıqca qəsrim, bəsdi vurdun, bəsdi!
qəlbimi sındırdın, qaldı təkcə bədənim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim

payızın göz yaşlarıydı döyürdu pəncərəmi
sonra qucaqlayıb ruhumu mən evdə gizləndim
sonra bağlı qapısı döyüldükcə otağımın susurdum
sonra gözlərin dənizlərində balıqlar üzürdu
səhifələr qurtardı, həyat kitabçam boş artıq
ağlamaqla bitmir dərdlər, ağlamaqla onlar artır
zaman don, tək qalanda dostların içində özgə
amma gizləndikcə içimə, özümu tək qalanda tapdım
sənin gözlərində ağlayırdı səssiz
günah məndədi, bir nəfər göstər səhvsiz
sınıq budaqlarçün artıq külək əsmir
qalın geyin birtəhər keçirək fəsli
bizim aramızda yüzminlərlə pərdə
mənim divarlarım tab gətirmir dərdə
mənim tənhalığım oldu ən yaxın dost

mənim yaddaşımdan ağrılarımı poz – host

vurduqca nəbzim, döyündükcə qəlbim
sənin gözlərini təsvir edir qələmim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi
qırıldıqca qəsrim, bəsdi vurdun, bəsdi!
qəlbimi sındırdın, qaldı təkcə bədənim

sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim

gülüşün arxasında hansı hisslər gizlənib
yenə çirk palçığın üstünü örtdü qar
çox işıq salma mənim qaranlığım hirslənir
arxamca atdığın daşlardı yadigar
həyatı tozlu döngələrdə keçirdikcə
mən sənin qiymətini bildim itirdikcə
sənin saraylarında daha neçə şahzadə
atılmış oyuncaq olacaq sən bezdikcə
sənin gözlərində yoxdu artıq sevgi
onlar qaçır görüşdükcə gözlərimdən
sənin həyat kitabın bəlkə boş qalardı
əgər mən olmasaydım ilk səhifəsində
məni unutmuş dostlarımla gəldim üzbəüz
hardaydız dostlar, bu mənəm, qaraqandı
amma tanımayıb onlar yanımdan keçdilər
həyatdan təkcə yorğunluq bizə qalandı
beləcə ötürürdük keçmişə günləri
külək süpürürdü keçmişin küllərin
sən də tullamışdın verdiyim gülləri
nə oldu sənə nə tez unutdun gülməyi, gülüm

vurduqca nəbzim, döyündükcə qəlbim
sənin gözlərini təsvir edir qələmim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi
qırıldıqca qəsrim, bəsdi vurdun, bəsdi!
qəlbimi sındırdın, qaldı təkcə bədənim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim

sevgi də körpələrtək doğulur ağrılarla
amma son ümiddə son nəfəsdə səssiz
mən artıq yox oldum zülmətdə qarğalarla
mənim azadlığım bu gündən artıq sədsiz
qaralanmış şimal küləklərilə əsdim
mən artıq uçub getmişəm bu dar qəsfəsdən
sənə olan sevgimi əllərimlə boğdum
dedim gəl dost olaq, dedin əlvida

vurduqca nəbzim, döyündükcə qəlbim
sənin gözlərini təsvir edir qələmim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi
qırıldıqca qəsrim, bəsdi vurdun, bəsdi!
qəlbimi sındırdın, qaldı təkcə bədənim
sən mənim dərdim, mənim şeytanım və mələyim
sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...