fərqanə qasımova - körpələrin səsi lyrics
[bənd 1: fərqanə qasımova ]
uçurmayın yuvaları
yuvalarda balalar var
ana deyib gecə_gündüz
için_için ağlayarlar
[bənd 2: abbas bağırov]
dodağın süd qoxuludu
həm kədərli, qorxuludu
saçlarında öz əlini
ana bilib yuxuludu
[bənd 3: fərqanə qasımova ]
ölüm saçan güllələri
dayandırın bir anda
körpələrin gülüşündən
çələng hörək bu dünyada
[bənd 4: alim qasımov]
ölüm saçan güllələri
dayandırın siz bir anda
körpələrin gülüşündən
çələng hörək bu dünyada
bu dünyada…
[bənd 5:zülfiyyə xanbabayeva]
ayırmayın körpələri, ey insanlar!
_n_ların qucağından, ayırmayın
beşiyinin başındakı laylasından
doğma isti ocağından, ayırmayın
ayırmayın…
[bənd 6: fərqanə qasımova ]
dənizlərin ləpələri
körpələrin laylasıdı
üstərində qanad açan
yavruların anasıdı
[bənd 7: abbas bağırov]
dodağın süd qoxuludu
həm kədərli, qorxuludu
saçlarında öz əlini
ana bilib yuxuludu
[bənd 8: fərqanə qasımova ]
ölüm saçan güllələri
dayandırın bir anda
körpələrin gülüşündən
çələng hörək bu dünyada
[bənd 9: abbas bağırov]
ölüm saçan güllələri
dayandırın bir anda
körpələrin gülüşündən
çələng hörək bu dünyada
bu dünyada…
[bənd 10: xor]
mərmi atan atalar
hər gün sizi evimizdə
gözləyirlər bizim kimi
körpə_körpə balalar
gəlin, körpə balalar
həmrək olaq, bir olaq
sünbül dəni üzərində
sülh sözün uzacaq
[nəqərat: xor]
toxumayın yuvamıza
isti yuva istəyirik
ata, ana sevgisi
sığal, qucaq istəyirik
toxumayın yuvamıza
isti yuva istəyirik
ata, ana sevgisi
sığal, qucaq istəyirik
[bənd 11: alim qasımov]
atın yerə silahları öldürməyin
körpələrin qəlbindəki arzuları
qoy səmada qanad açsın
pərvazlansın sülh quşları
[nəqərat: xor]
toxumayın yuvamıza
isti yuva istəyirik
ata, ana sevgisi
sığal, qucaq istəyirik
كلمات أغنية عشوائية
- vokk kobain - pack em up lyrics
- alexander the don - need me lyrics
- kankan - on the floor lyrics
- jihan audy - nemen lyrics
- eloi - uproot lyrics
- the amazing world of gumball - ich lass’ alles andere stehen für dich lyrics
- nvr/mnd - my room feels like the galaxy lyrics
- eløipher - dirty die anna (off dah perks) lyrics
- ceaxe - muero x esa carita lyrics
- layntay - dokazat' lyrics