
eyyub yaqubov - bakı haqqında nağıl كلمات أغنية
[bənd 1]
bu dünyada nağıl çoxdur
hamısı da belə başlar
biri vardır, biri yoxdur…
nağıllarda şəhər çoxdur
istəyirəm danışam mən
bir dənizin sahilində
nağıl olan şəhərimdən…
bu dünyada nağıl çoxdur
hamısı da belə başlar
biri vardır, biri yoxdur…
nağıllarda şəhər çoxdur
istəyirəm danışım mən
bir dənizin sahilində
nağıl olan şəhərimdən…
toxunanda hər daşına
o qayğısız günlərimə
mən qayıtmaq istəyirəm…
o əfsanə bağlarının
meynəli çəpərlərindən
yenə aşmaq istəyirəm
uşaq olmaq istəyirəm…
toxunanda hər daşına
o qayğısız günlərimə
mən qayıtmaq istəyirəm…
o əfsanə bağlarının
meynəli çəpərlərindən
yenə aşmaq istəyirəm
uşaq olmaq istəyirəm…
[nəqərat]
səadətim, doğma bakım
odlar yurdum, sevgi dolu torpağımsan
o sehirli gecələrdə
xəzərə layla çalan ay işığımsan…
səadətim, doğma bakım
odlar yurdum, sevgi dolu torpağımsan
o sehirli gecələrdə
xəzərə layla çalan ay işığımsan…
[bənd 2]
qoşa qala qapısı da
heç vaxt səndən ayrılmayan
gözlərindir elə bil ki…
saçlarıma sığal çəkən
neft ətirli küləklərin
hələ deyə bilmədiyim
sözlərimdir elə bil ki…
qoşa qala qapısı da
heç vaxt səndən ayrılmayan
gözlərindir elə bil ki…
saçlarıma sığal çəkən
neft ətirli küləklərin
hələ deyə bilmədiyim
sözlərimdir elə bil ki…
uşaqlığım, gəncliyimsən
qum üstündə şanılartək
xumarlanan dincliyimsən…
küçələrin qarışıqdır
dalanların dolaşıqdır
neçə ömrün yaddaşısan…
neçə qəlbin sirdaşısan…
uşaqlığım, gəncliyimsən
qum üstündə şanılartək
xumarlanan dincliyimsən…
küçələrin qarışıqdır
dalanların dolaşıqdır
neçə ömrün yaddaşısan…
neçə qəlbin sirdaşısan…
[nəqərat]
səadətim, doğma bakım
odlar yurdum, sevgi dolu torpağımsan
o sehirli gecələrdə
xəzərə layla çalan ay işığımsan…
səadətim, doğma bakım
odlar yurdum, sevgi dolu torpağımsan
o sehirli gecələrdə
xəzərə layla çalan ay işığımsan…
كلمات أغنية عشوائية
- lil tree (2) - tree suey! كلمات أغنية
- chat pile - the new world كلمات أغنية
- cyro oficial - no te mientas bb كلمات أغنية
- lebronni b - uitkyk كلمات أغنية
- songbird.queen - dont wake up the beast كلمات أغنية
- krutь - пряля (ой пряду пряду) (spinner (oh, i'm spinning, spinning)) كلمات أغنية
- igor jansen - ariana كلمات أغنية
- migos - light weight كلمات أغنية
- arcadia grey - origami crane كلمات أغنية
- frith hilton - session 8 كلمات أغنية