eqo - o dünya كلمات الأغنية
[birinci hissə]
qayıtmaq olsaydı, qayıdardım
səninlə yaşadığımız o keçmişə
ayılmaq olsaydı, ayılardım
daha yuxumda görmürəm heç bir şey
səni görməyəli illər, aylardır
çəkib başqa dünyalara getmişəm
vaxtı çatıbdırsa, qayıdardım
daha tək qalmaqdan bezmişəm
səni düşünmək _ hər şeyi unutmaq
səni sevmək _ günahsız tutulmaq kimidir
bu həsrət içində boğulmaq
dənizə düşüb yarpaqdan tutunmaq kimidir
olmur axı səndən əl çəkmək
və bu xəstəlikdir, adı _ “dərd çəkmək”
mənə xətt çəkmək sənə alışqanlıq olub
unutmadım səni hərçənd mən
[nəqarət]
təkcə o məni anlayardı
indi yanımda olsaydı, ağlayardı
çünki o, mən o dünyaya gedəndə
bərk_bərk tutub məni saxlayardı
o məni danlayardı
hər nə olsa, sonda qucaqlayardı
indi o mənim gözümü açıb
amma sol tərəfim əbədi bağlı qaldı
[ikinci hissə]
yat, dur və sonra işə get
səndən vaxt, pul istəyirsə, işlə ver
sevgi boş şeydir, ona sən yox
inan ki, lazım maşın, iş və ev
bunu bilə_bilə yazmaq sevgidən böyük ağılsızlıqdır
heyif ki, mən səni ancaq notlara yaşadacağam
məni sevmə, amma musiqimi sevginən
bizə nəzər dəydi, baxın, hər bir göz
bunun çarəsi nədir? tap, tədbir gör!
daha qalmayıb oxunan kitab, dua
mən nə haldayam?! özün gəl, bir gör!
günahlarım çıxır önümə
hər gün daha da yaxınlaşıram ölümə
bir_iki tüstü çəkib içimə sönürəm
buranı boş ver, o dünyanı görürəm mən
[nəqarət]
təkcə o məni anlayardı
indi yanımda olsaydı, ağlayardı
çünki o, mən o dünyaya gedəndə
bərk_bərk tutub məni saxlayardı
o məni danlayardı
hər nə olsa, sonda qucaqlayardı
indi o mənim gözümü açıb
amma sol tərəfim əbədi bağlı qaldı
كلمات أغنية عشوائية
- percy - penelope clearwater كلمات الأغنية
- larry gallagher - torn apart كلمات الأغنية
- cage the elephant - come a little closer كلمات الأغنية
- marina and the diamonds - electra heart كلمات الأغنية
- jeremih - love hangover كلمات الأغنية
- alex gaudino - beautiful كلمات الأغنية
- red hot chili peppers - open close كلمات الأغنية
- red hot chili peppers - brave from afar كلمات الأغنية
- regina spektor - reginasaurus كلمات الأغنية
- pogues - navigator كلمات الأغنية