kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

elvin nasir - pərişan كلمات الأغنية

Loading...

sözləri :
ey məni dünyada pərişan eləyən yar
gəl məni röyada pərişan eləmə
bir gün bütün aşiqlərə qəm paylacam mən
həmin gün əğyarla toy nişan eləmə

susdu zaman dondu cahan baxıb halimə
döndü qəfil huri mələk nə cür zalimə
səndən ötrü yaşayır axı bu tərk olan bədən
yenə xəyalın mənə baxacaq pəncərələrdən

dərdin məni dərd əhlinə yoldaş eləyəndən
yazdım sənə həsrətli və hicranlı şeirlər
hərdən məni dərd içrə görən bəzi adamlar
yazığdı,bu aşiqdir,pərişandır deyirlər

biri varmış biri yoxmuş bu nağıl deyil
axı həyatın mənasıdır
aşiqə dünyanı zülmət eləmək
bəlkə də eşqin qaydasıdır

batır günəş dolur gözüm niyə qara gecələr tez keçməz
nədən ürək məhəbbəti ayırıb əzablardan seçməz
nəfəs gedir nəfəs gəlir yaşayıram sənsiz boşu boşuna
süzün zəhər içim yenə dəymiyin eşqin sərxoşuna
sən gəl deyə hər dəfə nəzirlər boyun aldım
əsdikcə xəzan yelləri ömrümdə qocaldım
bax gör necə aşiqinin hissiyatı pərişan
hüsnündə gülüşlər qocalıb zatı pərişan

ruhum yenə addımlayacaqdır sənə sari
sənsiz qəmə bənzətmişəm ey gül bu diyarı
içdim o yalan şərbəti eşqin zəhərində
hərdən məni bu axtar bu küləklər şəhərində

bu şəhərin hər küçəsindən səni sorağ eyləmişəm yenə mən
gəl,xəzərin sahilində sənsiz bir adam görəcəksən
boz,buludun kölgəsi tək qəlbimə zülmətlər çökmüş
yar,nə qədər sən bu qəlbimi bezmədən incidəcəksən?

batır günəş dolur gözüm niyə qara gecələr tez keçməz
nədən ürək məhəbbəti ayırıb əzablardan seçməz
nəfəs gedir nəfəs gəlir yaşayıram sənsiz boşu boşuna
süzün zəhər içim yenə dəymiyin eşqin sərxoşuna

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...