kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

elvin abdullayev - sevgi əsiri كلمات أغنية

Loading...

[bənd 1]
xatırladır səni mənə
havadakı bu əsinti
ətrini ötürür
nəfəsimdə var kəsinti
yalvarır içim çölümə
qan ağladır gözlərimə

apar məni uzaq yerə
toxun bir az hisslərimə
layla çalsın həzin_həzin
yuxum da davam etsin
ətrin ovcuma hopsun
cismin uzaqlaşıb getsin

[keçid]
baxıram eyni nöqtəyə
boğuşuram xəyallarda
kabustək gəlir yuxular
sən olmayan röyalarda

nur saçan gözlərin
heç də yad deyil amansız ömrümə
amma vaxt düz seçilmədi
girdin zamansız ömrümə
[nəqərat]
haray düşür yerə_göyə
mən səndən danışan kimi
susursan, nəfəsin gəlir
titrəyir qəlbimin simi

cənnətdən qovulan mələk
cəhənnəmə yol alınca
mən cənnətlik, sən günahkar
gəlirəm sənin dalınca

eşqin əlimdə alışır
əllərinə toxunmadan
sən gedirsən, mənə gəlirəm
sənə doğru yorulmadan

[bənd 2]
xatırladır səni mənə
havadakı bu əsinti
ətrini ötürür
nəfəsimdə var kəsinti
yalvarır içim çölümə
qan ağladır gözlərimə

apar məni uzaq yerə
toxun bir az hisslərimə
layla çalsın həzin_həzin
yuxum da davam etsin
ətrin ovcuma hopsun
cismin uzaqlaşıb getsin

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...