elton hüseynəliyev - qayıt gəl كلمات الأغنية
[bənd 1]
mənim tək sən idin varım, dövlətim
sənin yoxluğuna alışmaq çətin
bura qədər imiş sənin qismətin
mənə bu qismətinlə barışmaq çətin
qayıt, gör nə qədər sevənlərin var
bu həsrət tükənməz vüsal olmadan
gözümün işığı, qayıt, nə olar
xeyirxah, mehriban, gülərüz adam
[keçid]
tale etdiyin edir həsrətin qəlbi didir
oğul var, evdən gedir, oğul var, eldən gedir
tale etdiyin edir həsrətin qəlbi didir
oğul var, evdən gedir, oğul var, eldən gedir
[nəqərat]
ah, bir həsrət çırpınır gözlərimizdə
sənli xatirələr var evimizdə
bu dünya bizləri ayırsa belə
bir vüsal yaşayır ürəyimizdə
bir həsrət çırpınır gözlərimizdə
sənli xatirələr var evimizdə
bu dünya bizləri ayırsa belə
bir vüsal yaşayır ürəyimizdə
xeyirxah, mehriban, gülərüz adam
bu həsrət tükənmir vüsal olmadan
[keçid]
getdiyin yollarla geri qayıt, gəl
sənin bu gedişin hər dərddən acı
sənin yoxluğuna, de, necə dözsün
bağrı qan ananla, sevimli bacın?
atalar dərdini qəlbində yaşar
mən sənsiz ömrümü necə yaşayım?
sənə vüsal adın qoymuşdum, oğul
indi ayrılığı necə yaşayım?
sənə, _ ‘’qayıt’’, _ desəm, qayıdarmısan?
sənsizlik yaramı sarıyarmısan?
qayıt, gəl, evimin odu, ocağı
üşüyür evimin sənsiz bucağı
sənsiz ömrümüzə qayıt, haradasan?
bitir ayrılığı, vüsal, haradasan?
dərdim dünya boyda, kədərim ümman
dərdimin dərmanı oğul, haradasan?
həsrətimə dönən vüsal, haradasan?
oğlum, haradasan?
[nəqərat]
ah, bir həsrət çırpınır gözlərimizdə
sənli xatirələr var evimizdə
bu dünya bizləri ayırsa belə
bir vüsal yaşayır ürəyimizdə
bir həsrət çırpınır gözlərimizdə
sənli xatirələr var evimizdə
bu dünya bizləri ayırsa belə
bir vüsal yaşayır ürəyimizdə
xeyirxah, mehriban, gülərüz adam
bu həsrət tükənmir vüsal olmadan
كلمات أغنية عشوائية
- leatherface - closing time كلمات الأغنية
- minutemen - search كلمات الأغنية
- miles away - sailors grave كلمات الأغنية
- lower definition - river mouth كلمات الأغنية
- naked raygun - mr. gridlock كلمات الأغنية
- koffin kats - if i return كلمات الأغنية
- mr t experience - we are the future people of tomorrow كلمات الأغنية
- mischief brew - save a city كلمات الأغنية
- leatherface - games كلمات الأغنية
- minutemen - lost كلمات الأغنية