kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

elnur məmmədov - nakam sevda كلمات أغنية

Loading...

[bənd 1]
qəlbimdə hər an bəslənən
həsrətdən doğulan sevdam
həyat dolu bir nağıldır
hərdən şirin, hərdən də çox acı

gizlicə yaşadıb mən o sevdanı
günləri aylara verdim başbaşa
onunla ağladım, onunla mən güldüm
mənə gah dost oldu, gah da düşmən

[nəqərat]
xoşbəxt anlarımda yenə dəli sevdam
dözməyib dilləndi, dedi: “mən də varam
əl çatmayan arzunam
axı bir röyanam sənin mən”

həsrətin, acıyla axan gözyaşınam
iztirabın, ağrın, sağalmaz yaranam
sanma özünü xoşbəxt
qəlbində nakam bir sevdanam

[bənd 2]
fikrimdə min bir suallar
ayrılıq acısı dağlar
sandım ki, mən unudaram
amma yalan sevgimdir odlanan
qürurum sınanda, həyat solanda
yaşamaq həvəsi sona çatanda
bir tək dəli sevdamdır o an dost qalan
həm dayağım, həm də könül yoldaşım

[nəqərat]
xoşbəxt anlarımda yenə dəli sevdam
dözməyib dilləndi, dedi: “mən də varam
əl çatmayan arzunam
axı bir röyanam sənin mən”

həsrətin, acıyla axan gözyaşınam
iztirabın, ağrın, sağalmaz yaranam
sanma özünü xoşbəxt
qəlbində nakam bir sevdanam

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...