
elnarə xəlilova - vətən sağ olsun كلمات أغنية
[bənd 1]
igidlər, ərənlər yaşayan eldə
firavan bir ömür sürməkdən ötrü
əzm, fədəkarlıq göstərmək gərək
bəxtiyar, xoş günlər görməkdən ötrü
igid oğlanların gücü, qüvvəti
gözəl qızlarımın abır, isməti
ali komandanın sülh siyasəti
dünyaya tanıtdı bizim dövləti
bizim dövlətdi, bizim dövləti
[nəqərat]
ölkəmiz olacaq xoşbəxt, bəxtəvər
müzəffər ordumuz çalacaq zəfər
hamımız bu yolda göstərək hünər
deyək hər birimiz: “vətən sağ olsun”
bizim and yerimiz vətən sağ olsun
[bənd 2]
sarılıb silaha igidlərimiz
sərhədlər boyunca səngərlər qurur
üç rəngli bayrağa and içən əsgər
xalqın keşiyində müsəlləh durur
bu millət çox dözüb, artıq bəsidir
artıq səbrimizin son nöqtəsidir
intiqam almağın vaxt_vədəsidir
ucalan səsimiz haqqın səsidir
haqqın səsidir, haqqın səsidir
[nəqərat]
ölkəmiz olacaq xoşbəxt, bəxtəvər
müzəffər ordumuz çalacaq zəfər
hamımız bu yolda göstərək hünər
deyək hər birimiz: “vətən sağ olsun”
bizim and yerimiz vətən sağ olsun
ölkəmiz olacaq xoşbəxt, bəxtəvər
müzəffər ordumuz çalacaq zəfər
hamımız bu yolda göstərək hünər
deyək hər birimiz: “vətən sağ olsun”
bizim and yerimiz vətən sağ olsun
كلمات أغنية عشوائية
- 9ckles - interludio كلمات أغنية
- cyanna - i know you well كلمات أغنية
- syk - 2 am كلمات أغنية
- riley green - damn good day to leave كلمات أغنية
- slice man (the slicer) - yeah!!! freestyle كلمات أغنية
- headdrop - understand كلمات أغنية
- emma blackery - third eye (acoustic) كلمات أغنية
- leonel raymond - regular boy edition كلمات أغنية
- sam russo - factory rain كلمات أغنية
- template crt - end كلمات أغنية