kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

elnarə xəlilova – dəmir yumruq كلمات اغاني

Loading...

[bənd 1]
qəhrəman anası, başını dik tut
oğlun bu vətənin keşiyindədir
vətən də anamdır, sən də anamsan
həm onun, həm sənin keşiyindədir

oğlunun sədası gəlir şuşadan
qovub düşmənləri məğrur dayanır
şuşa məscidinə sancıb bayrağın
o, sənin duanla zəfər qazanıb
[nəqərat]
hərbçi, haqq yolun gedən əsgərim
çıxdığın yol ululardan uludur
gücün imzasında tarixlər yazan
dəmir yumruq sərkərdənin qoludur

sərhədçi, haqq yolun gedən əsgərim
çıxdığın yol ululardan uludur
gücün imzasında tarixlər yazan
dəmir yumruq sərkərdənin qoludur

[bənd 2]
sərhədçi atası, gözlərin aydın
oğlun zəngəzuru qoruyur bu gün
artıq yurd həsrəti sona yetişdi
açıldı 30 il bağlanan düyün

sərhədçi anası, daha ağlama
oğlun şəhidlərin qisasın aldı
rəşadət göstərdi hünərli balan
düşmən üzərində qələbə çaldı

[nəqərat]
sərhədçi, haqq yolun gedən əsgərim
çıxdığın yol ululardan uludur
gücün imzasında tarixlər yazan
dəmir yumruq sərkərdənin qoludur
sərhədçi, haqq yolun gedən əsgərim
çıxdığın yol ululardan uludur
gücün imzasında tarixlər yazan
dəmir yumruq sərkərdənin qoludur

[bənd 3]
sən ey hərbçinin həyat yoldaşı
gözləri həsrətlə yol çəkən qadın
qürurlan, igidin xidmətindəsən
sənə əmanətdir körpə övladın

qanınla can verdin xarı bülbülə
sevindi torpağın, sevindi daşın
qəhrəman şəhidim, nur içində yat
aldı qisasını döyüş yoldaşın

[nəqərat]
hərbçi, haqq yolun gedən əsgərim
çıxdığın yol ululardan uludur
gücün imzasında tarixlər yazan
dəmir yumruq sərkərdənin qoludur

sərhədçi, haqq yolun gedən əsgərim
çıxdığın yol ululardan uludur
gücün imzasında tarixlər yazan
dəmir yumruq sərkərdənin qoludur