
eldar mansurov - səhərimin günəşi كلمات أغنية
[bənd 1]
sənin gözlərindən keçən ömrümün
gümanı da sənsən, gərəyi də sən
mənim məhəbbətlə dolu qəlbimin
istəyi də sənsən, diləyi də sən
[nəqərat]
günəşi olmusan al səhərimin
qənimi olmusan hər kədərimin
səndən ilham alan nəğmələrimin
həyatı da sənsən, ürəyi də sən
[bənd 2]
yolumda işıqdır nurlu gözlərin
səpilə üstümə ağ nərgizlərin
bu əlvan bağların, yaşıl düzlərin
qönçəsi də sənsən, çiçəyi də sən
[nəqərat]
günəşi olmusan al səhərimin
qənimi olmusan hər kədərimin
səndən ilham alan nəğmələrimin
həyatı da sənsən, ürəyi də sən
[bənd 3]
sən oldun söhbəti, sözü baharın
vurulub hüsnünə özü baharın
bütün gəlinlərin, bütün qızların
qəşəngi də sənsən, göyçəyi də sən
[nəqərat]
günəşi olmusan al səhərimin
qənimi olmusan hər kədərimin
səndən ilham alan nəğmələrimin
həyatı da sənsən, ürəyi də sən
günəşi olmusan al səhərimin
qənimi olmusan hər kədərimin
səndən ilham alan nəğmələrimin
həyatı da sənsən, ürəyi də sən
كلمات أغنية عشوائية
- nil karataş - sevmeyeceğim كلمات أغنية
- the overslept (nl) - she doesn't كلمات أغنية
- lakawa - bapanas كلمات أغنية
- king tussin - are you dumb? كلمات أغنية
- strings - sajni كلمات أغنية
- juanes - querer mejor (part. alessia cara) كلمات أغنية
- the cockroaches - fingertips كلمات أغنية
- phoxjaw - melt, you're a face of wax كلمات أغنية
- heart attack man - sugar coated كلمات أغنية
- slaughter beach, dog - good ones كلمات أغنية