kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

eldar mansurov - azərbaycan süfrəsi كلمات أغنية

Loading...

[bənd 1]
nə şəhərdə, nə kənddə
hər bilinməz bir çələng
burada hər cür nemətdən
əvvəl gələr duz, çörək
sonra nanə şərbəti
kəklik əti, quş südü

[nəqərat]
belə başlar bu bəhsi
azərbaycan süfrəsi
belə başlar bu bəhsi
azərbaycan süfrəsi, hey

[bənd 2]
saqi durub süzər mey
aşıq köklər sazını
ev yiyəsi çəkər hey
qonaqların nazını
bozartmadan dad bir az
sarımsaq da qat bir az

[nəqərat]
əzizləyər hər kəsi
azərbaycan süfrəsi
əzizləyər hər kəsi
azərbaycan süfrəsi, hey
[bənd 3]
qanlı_qanlı kababdan
şərab kimi qan axar
yarpaq_yarpaq qutabdan
iştahalanar qonaqlar
yeddi növ aş gələr
hər növünü xoş gələr

[nəqərat]
heyran qoyar hər kəsi
azərbaycan süfrəsi
heyran qoyar hər kəsi
azərbaycan süfrəsi

[bənd 4]
məclisin lap sonunda
paxlavası neçə lay
şəkərbura yanında
armududa dəmli çay
hamı istər, evinə
qona gələ, sevinə

[nəqərat]
qonaq gözlər hər kəsi
azərbaycan süfrəsi
qonaq gözlər hər kəsi
azərbaycan süfrəsi
qonaq gözlər hər kəsi
azərbaycan süfrəsi
qonaq gözlər hər kəsi
azərbaycan süfrəsi, hey

كلمات أغنية عشوائية

كلمات الأغنية الشائعة حالياً

Loading...