eldar mansurov & azər zeynalov - insafa gəl كلمات الأغنية
[bənd 1]
bağça saldın, bar az oldu
sevincimiz, yar, az oldu
acı dilim araz oldu
aramızdan axdı, yarım
il eyləmə gəl ayımı
eşidən yox harayımı
mənim sevgi sarayımı
uçurma gəl, gözəl yarım
[nəqərat]
bir cüt ağlar gözəm sənsiz
özüm boyda közəm sənsiz
çox çətin ki, dözəm sənsiz
insafa gəl, gözəl yarım
il eyləmə gəl ayımı
eşidən yox harayımı
mənim sevgi sarayımı
uçurma gəl, gözəl yarım
[bənd 2]
elə sanma könül quşum
hər budağa qonar sənsiz
günəş kimi yanan könlüm
həsrətindən donar sənsiz
sən dilə dön, sözü məndən
sən ocaq ol, közü məndən
bir cüt qara gözü məndən
yan çevirmə, gözəl yarım
[nəqərat]
yalan imiş sənin andın
eşqimizi neyçün dandın?
yoxsa məni ucuz sandın?
insafa gəl, gözəl yarım
sən dilə dön, sözü məndən
sən ocaq ol, közü məndən
bir cüt qara gözü məndən
yan çevirmə, gözəl yarım
[çıxış]
gözlər bir cüt qara şanı
ay ömrümün yaraşanı
insaf eylə, dön geriyə
gəl sil gözlərin yaşını
il eyləmə gəl ayımı
anlamışam günahımı
mənim sevgi sarayımı
uçurma gəl, gözəl yarım
كلمات أغنية عشوائية
- césar oliveira e rogério melo - um mouro pampa de luxo كلمات الأغنية
- zeca baleiro - onde andará iolanda كلمات الأغنية
- felipe valente - o sacrifício كلمات الأغنية
- miley cyrus - let's dance كلمات الأغنية
- autoramas - a 300 km/h كلمات الأغنية
- karen dalton - blues on the ceiling كلمات الأغنية
- miguel marques - quando se vai um campeiro كلمات الأغنية
- lacrimosa - the last millennium كلمات الأغنية
- clube do balanço - segura a nega كلمات الأغنية
- ziza fernandes - quanto vale um coração? كلمات الأغنية