
dəyirman - sarı güllər كلمات أغنية
[bənd 1]
saatım dala qalıb qabağa getməkdənsə
biz ayrılırıq nədənsə
sənsə saniyələri sayırsan
yalandan göz isladıb ağlayırsan
gözlərini yum, bir də duyum
qurudu quyum, axı sən idin suyum
biz dodaqlarımızla and içirdik
qaynar suyu üfürmədən içirdik
həyat indi bənzəyir damın qırağına
bərk yağış yağdı sevgi ocağına
yayda nə çətir? mənə qışı gətir
köçürüm vərəqə bir neçə sətir
bu sevgi harada bitir, göstərin o yeri
biz onsuz da qayıdan deyilik geri
əbədi əsər bitər, sevgi itər
dözərəm birtəhər
[nəqərat]
sarı güllər ömrümə düşən kədər
sarı güllər qəmlə gülümsər
sarı güllər yoluma hicran səpər
sarı güllər ayrılıq gətirər
[bənd 2]
ümidim ayağıma dolaşıb
yalvarır ki, buraxmayım səni, ağlayır
vurur özünü qəlbin divarlarına
deyir ki, sənsiz yoxdur həvəs olmağına
son saniyələr sanki itər
hürür, qovurlar bizi kəlmələr
tapılmır, dil dolaşır yaddaşa
həyat deyir: “öl”, ölüm deyir: “yaşa”
nə olar, getmə, qal, əzizim
ömrüm_günüm axı sənsiz yetim
gözlərində sual: mənsiz yaşayarsan?
dedim, belə olsa, qəbrimə gül qoyarsan
ürəyimə vurdurma “tattoo”
artıq ağrılara dözüm yoxdur
sevgi bağında gülləri əkmişik
sən demə, sarı gül tumlarını səpmişik
[nəqərat]
sarı güllər ömrümə düşən kədər
sarı güllər qəmlə gülümsər
sarı güllər yoluma hicran səpər
sarı güllər ayrılıq gətirər
كلمات أغنية عشوائية
- youngaldo69 - fucked up! remix كلمات أغنية
- andie case - crying in the club كلمات أغنية
- amir tataloo - beres كلمات أغنية
- twisted halo - solace كلمات أغنية
- muyiwa & bankyondbeatz - island fire كلمات أغنية
- mickael (br) - bbrr كلمات أغنية
- wordup! battles - wordup! x - s03e01 : chacalcolik vs vk كلمات أغنية
- aquariuz - too proud كلمات أغنية
- duelo - quise verte feliz كلمات أغنية
- toskeey sa - no tamba nganne كلمات أغنية