
dəyirman - quantanamera كلمات أغنية
[giriş]
guantanamera, o_e_a
guantanamera, o_e_a
guantanamera, o_e_a
guantanamera, o_e_a
guantanamera
guajira guantanamera
[bənd 1]
tanrı bu torpağı qorusun
canım, ay laçın, yerin görünür
bu ürəyim sənin ürəyinlə bir döyünür
neçə ildir ki, açıq_aşkar, aydın görünür
kim yaşayır, kim sürünür
illər ötür, təqvimi götür, say
gör neçə qara bayram gözlərini örtür
düşündürür, bir anlıq olsa da, vicdanımızı oyadır
18 may tarixi bizə çox şeyi xatırladır
laçın, qaçın, yox dayanın, oyanın
burada yanın, amma evinizi tərk edib getməyin
qaçmayın, açmayın sonra televizoru
baxıb çingizə eşitməyin
qayıdın da, nə olub sizə?
qəpiyin ikinci tərəfi – hər ikisi mənfi
daha da çox qərənfil, kiminsə axmaq səhvi
nəticədə isə 1 milyona yaxın qaçqın
çoxlar elə bu günə kimi qalıblar çaşqın
status _ qaçqın və bu sözdən istifadə edən
və düşünürəm, fəxrlə onu ifadə edəm
hey, mənimlə yol gedən
məgər “ya qarabağ, ya ölüm” deyil sənin əqidən?
onda nədən, nədən qalmısan geridə?
bu sözləri gəl deyək bizlə birlikdə
tanrı bu torpağı qorusun
çünki and olsun, dəyməlidir qarabağa ayağım
bu uşağa kor baxım
[nəqərat]
guantanamera
ulu tanrı bu torpağı qorusun
guajira guantanamera
düşməni biabır etmək bizə nəsib olsun
guantanamera
guajira guantanamera
[bənd 2]
hey, oğlum, bu, mənəm – ata yurdu
sənə yazıram məktubu, oxu onu
oxu ki, sonra deməyəsən, gec oldu
qarabağımızın ağacları qurudu
hey, özünü bəy sayan oğlum
ar olsun, yoxsa düşməz bura yolun
məscidləri erməni burada yıxıb kilsə tikir
ürəyimi sancır xaç, dəmir
yadındadır ananın məzarı?
onu yıxıblar, həmən yerdə ayaqyolu salıblar
sənin bulağından onlar su içir, haram olsun
onlara ağac bar verir, gözlərinə dolsun
xocalıda körpə buza döndü
ana sinəsində uşaq belə dondu
həmin gün qadınlar saçını yoldu
həmin gün ermənilər üçün bayram oldu
gözləyirəm, ata oğlunu həmişə gözlər
vallah, sən bura gəlsən, çıxacaq gözlər
çünki sözlər bitəndə silahlar danışar
kömək et, oğul, deyirəm aşkar
[nəqərat]
guantanamera
ulu tanrı bu torpağı qorusun
guajira guantanamera
düşməni biabır etmək bizə nəsib olsun
guantanamera
guajira guantanamera
[bənd 3]
qarabağı mən görürəm yalnız xəritədə
vicdanımın 20 faizi düşmənin əlində, niyə?
qaçqın sözü qarabağla ilə olub eyni bu millətin dilində
şuşanın mərkəzində ucalıb erməni bayrağı
məgərmi bu yaranı müalicə edə bilmirlər
bu torpağın igid oğulları?
məncə, bu daha yaxşıdır
nəinki çoxaltmaq qaçqın komları
görüşdə gülümsəyən sifətlər, yeni tikilmiş evlər
dövlət büdcəsindən ayrılmış vəsaitlər
lakin inanmıram ki, şəhərin mərkəzində ev
bu torpağın bir hissəsini əvəz edər
ay allah, bu torpaqları qoru
“çox sağ ol” biz deyirik bu qismətə
çün onların nəslini biabır etməyə
düşüb fürsətlər bizə
inşallah, sağalar yara
guantanamera
[nəqərat]
guantanamera, o_e_a
guantanamera, o_e_a
guantanamera, o_e_a
guantanamera
guantanamera, o_e_a
guantanamera
guantanamera
guajira guantanamera
tanrı bu torpağı qorusun
كلمات أغنية عشوائية
- strangers to wolves - lost boys كلمات أغنية
- código ronin - newton كلمات أغنية
- kali x flvwlxss - wutang كلمات أغنية
- zé roberto - lotus 72 d كلمات أغنية
- teejayx6 - dynamic duo كلمات أغنية
- echo17 - taśma كلمات أغنية
- kevin cool 199 - mbuzi كلمات أغنية
- shirley carvalhaes - águas passadas كلمات أغنية
- young havel - koho šuká tvá holka? كلمات أغنية
- luke padiachy - unafanya كلمات أغنية