
dəyirman - kor korrupsiya كلمات أغنية
[bənd 1]
növbəti gün dağılmış imperiyada
kor edən virus artıq arteriyada
dözmək çətindir, sanki günəşə baxırsan
gözlərin qamaşır, eynək taxırsan
yumursan gözlərini çox şeyə
sənə aid olmayanda vur görməməzliyə
bil ki, müftə yalnız nağılda pendir olur
çox vaxt məmur cinayətkarla əlbir olur
neftimiz hara axır, çox adam anlamır
fəhlə də kəmərə deşik vurur, amma varlanmır
simalar dəyişir, şir dil açır
yırtıcılar vergilərdən qaçır
vəzifə uğrunda qətl olunur qürur
var məmur: dalı başından uca durub
əslində hər kəsin öz qiyməti
əxlaqla yox, məbləğlə ölç hörməti
[nəqərat]
istəsən, bu dünyada var olasan
gərək, lal, kor, kar olasan
gərək, lal, kor, kar olasan
olasan
[keçid]
var qanımızda bir infeksiya
tapılmaz ona bir inyeksiya
konvensiya, repressiya
az miqdarda olan bizdə pensiya
qatlanır dil, nədir epilepsiya?
yuxarıdan aşağı düşmür ereksiya
beynimdə qızıl yanır, aqressiya
impotensiya, korrupsiya
[bənd 2]
fikirdən gecəni yatmayan məmur təsdiq edər
necə də qəddardır sistemdə onu yaşadan xadimlər
səsləri boğur paslanmış zəncir
yalan həqiqət uçuruma gətirir
əskinazlar sifətləri əvəz edir
qalstuklar taleləri həll edir
haqq mübarizəsi burada əbəsdir
hər şey məbləğlə ölçülür, belə həvəsdir
haqqı soran güllədən susur
müxbirlər mane olur, məsələ tez həll olunur
ədalət qapısı əbədi qıfıllanır
açarı axtarma, sus, o gizlədilib
elmi bilən bilməyənlərin qulluğundadır
ey alim, “kömür ağ olmur”, ağ yalandır
həkimlər çoxdan hippokrat andını pozub
müəllimlər elmsizliyə namizəd olub
[nəqərat]
istəsən, bu dünyada var olasan
gərək, lal, kor, kar olasan
gərək, lal, kor, kar olasan
olasan
كلمات أغنية عشوائية
- the longest johns - bully in the alley كلمات أغنية
- teddy swims - the door (mixed) [sep 2024] كلمات أغنية
- crazyficado - susy كلمات أغنية
- flayxis - не вижу лета كلمات أغنية
- zerocrescent - sunkissed كلمات أغنية
- the damned - standing on the edge of tomorrow - live in london كلمات أغنية
- o0o - gtp كلمات أغنية
- trevor tdk - suspension كلمات أغنية
- morten - amazon كلمات أغنية
- medekine - wash away كلمات أغنية