cymilo - məktub (skit) كلمات الأغنية
[giriş]
niyə bu qədər gözəl gülümsəyər bir insan?
tanrı bu gülümsəməni nədən bəxş edib sənə axı?
[bənd 1]
bilərəkdən verib ki, bir gülümsəmənlə özünə bəşəri heyran edəsən
bilərəkdən verib ki, ulduzlar gözlərinin parıltısına həsəd aparsın
bilərəkdən verib ki, baxışın sağaltsın yaraları
bilərəkdən verib ki, gülümsəyəsən, gülümsəsin bu dünya
bilərəkdən verib ki, öldürəsən məni hər toxuna bilmədiyim baxışında
gülümsəmən və qəmzəndə dünyam var
gözlərinə məftun bu adamın saçlarını
üstünə bulaşdıraraq dağıt qoxunu sinəsinə
cənnətdən cəhənnəmə səni almaq üçün
gələ biləcəklər səni aldada bilməz
[keçid]
sənə yazmamağım şək!llərinə saatlarla baxmamağıma bir səbəb ola bilməz
necə ola bilməz səbəb müharibələr səmanın mavi rənginin itirməsinə
baxdıqca qəmzələrinə daha da dərinləşir
sanki kafkanın toplum içində tənhalığı
[bənd 2]
məni məndən alsan
səni sənə buraxmam
əslində ikimizdə darıxmışıq
sən cümlələrim, musiqim
mən qəmzələrin, əllərin
gözlərin, dodaqların üçün
özümüzdə güc tapa bilməməkdir
itirdiyimiz insanların yoxluğunun yaratdığı soyuqluq
və həmişə yazacam
əgər sözlərim bədənində kəpənəklər oyadırsa
sənin vurduğun yerdən gül bitər, gözəlim
əzizim, sən səhrada su, bədəndə qəlb
vacibsən bədənə sən, bədənə sən
ulduzlar belə baxışına dözməyib sürüşüb yıxılır bir_bir
sənlə görüşəndə əllərim əskik olmaz səndən
necə ki ömür boyu
[keçid]
burax da, ruhumla bəslənsin
burax da, öldürsün ruhu qovdurulmuş bədəni
burax da, ruhumla bəslənsin
burax da, öldürsün ruhu qovdurulmuş bədəni
[çıxış]
illərin yükünü daşıyan kimi görünən
çatlamış dodaqlarını islatmağa gəlirəm
aç qapını (aç qapını)
كلمات أغنية عشوائية
- g5 elz - nightmares of a lonely cell كلمات الأغنية
- anthony rogers - forgiven كلمات الأغنية
- chris brown - oh baby (one mo' gin) كلمات الأغنية
- arthur aguiar - eu já sabia كلمات الأغنية
- pmpdj - vv كلمات الأغنية
- 7horse - stick to the myth كلمات الأغنية
- lasik - years كلمات الأغنية
- the drip (band) - blackest evocation كلمات الأغنية
- keneda - pas de fumée sans feu كلمات الأغنية
- big vamous - nienawidzę kobiet كلمات الأغنية