kalimah.top
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

badclause music - yuxu كلمات الأغنية

Loading...

[bənd 1]
bilirsən, bəzən özümdən belə bezirəm
anlamadığın hər cümlə _ mənim şeiriyyatım
amma başa düşməyinçün bilirəm tezdir hələ
nə olar bir saatlıq çıx ağlımdan, bir az yatım

yağış gözəldir, amma ki, sənlə birgə islananda
hər cümləyə aşiqəm mən, amma ki, sənlə başlayanda
şairin şeiri əbədi, dərya yanda, daş bir yanda
mən hər dəqiqə darıxıram, sən də darıx boş dayanma

ulduzlar səpilib səmaya günahlarım kimi
hər gecənin bir gündüzü var, məndə yoxdur hələ ki
icazə ver çıxım gedim, yolumdan çəkil
incimə _ qayıdacağıma söz verə bilmirəm ki

yazdığın hər cümlə ağrı verir sabahlarda
yoxluğunda əvəzsizsən, yerini vermir sabahlar da
bir gün məni düşünüb oyan, yuxularına et qonaq da
yaxın vaxtda rədd olacam, bunu da saxla bir qıraqda

ürəyim ümid gülüdür ləçəklərdə dözüm solur
o qədər üzünə gülmüşəm ki, elə bilirsən gözüm dolmur
məhəbbət elçisi gəlirdi, dəli şeytan kəsdi yolun
xeyrə saydığın gecənin şərindən adın əskik olmur
[nəqərat]
yazdım səndən, yazacam daha nələr
içəndə gözümdə daşır piyalələr
bizi bizdən aldı bəhanələr
dönür lalələr, ölür lalələr

yazdım səndən, yazacam daha nələr
içəndə gözümdə daşır piyalələr
bizi bizdən aldı bəhanələr
dönür lalələr, ölür lalələr

[bənd 2]
yolumuz çətinləşir yarım daşdır yarım cığır
sevgini tapdığın kəsin boş otaqda adın çığır
elə bir ürəyim var _ bir şairin eşqi sığır
bir də heç vaxt doldura bilməz özgəsi yarımçığın

eşqin çəkir məni bataqlığına getdikcə
gecələr daha yaxın idin şək!llərini sevdikcə
toxunuşlar toza dönürdü ovuclarda itdikcə
sən payızda daha gözəlsən üstümə külək əsdikcə

biz tələsdikcə, ölüm üzümüzə ani gəlir
əcəlimdən öncə gəl, qoy xoş olsun aqibətim
adəmi həvva kimiyik, bu eşqə saf niyyətim
təki sən şirinim ol və denən ki, fərhadı gətir
əvvəllər biz bir idik, gərək sevgi əbədi qala
yaxşı_pis günüm keçir xəstəliklə sağlığımla
19 ildir varam, 19 ildir sağam
19 illik varlığımla içirəm sağlığına

günahın çoxdur, yaman incitmisən
mən keçərəm eybi yoxdur, gərək allah bağışlasın
deyirlər aşiq özünə əzab eləyər, amma mən
adını qoluma cızmadım ki, qan çirkinə bulaşmasın

gözlərin gülsün, gözəl üzündən təbəssüm axsın
mən heç vaxt istəmərəm, özgəsi səni ələ alsın
başqasını da axtarma ki, səni evə kimi yola salsın
mənə elə bir şair denən _ hər sətrini sənə yazsın

[nəqərat]
yazdım səndən, yazacam daha nələr
içəndə gözümdə daşır piyalələr
bizi bizdən aldı bəhanələr
dönür lalələr, ölür lalələr

yazdım səndən, yazacam daha nələr
içəndə gözümdə daşır piyalələr
bizi bizdən aldı bəhanələr
dönür lalələr, ölür lalələr

كلمات أغنية عشوائية

كلمات الأغاني الشهيرة

Loading...